Rayonun işğalı
Şəhidlər
Əsədov Məhəmməd Nəbi oğlu General-mayor 1941-1991
|
Abbasov Qaytaran İbrahim oğlu 1964-1993
|
Abbasov Məhərrəm Mehdi oğlu 1973-1994
|
Abbasov Səhiyəddin İsmayıl oğlu 1968-1994
|
Abbasov Telman Vəli oğlu 1967-1992
|
Abbasov Vəli Abbas oğlu 1933-1992
|
Abbasquliyev Vüqar Rəşid oğlu 1977-1992
|
Abdinov Sərvər Famil oğlu 1974 -1993
|
Abdinov Yaqub Rəhim oğlu 1908 - ...
|
Abdullayev Eynur Sahib oğlu 1968-1993
|
Abdullayev İlqar Niftulla oğlu 1960-1992
|
Abdullayev Ramiz Fikrət oğlu 1966-1993
|
Abdullayev Rövşən Əbdülhüseyn oğlu 1969-1992
|
Abışov Bəhlul Qabil oğlu 1969-1994
|
Abışov Təvəkkül Qüdrət oğlu 1966-1993
|
Abışov Vüqar Abbasqulu oğlu 1970-1993
|
Adıgözəlov Bəhram Bahadur oğlu 1967-1993
|
Ağakişiyev Asif Xankişi oğlu 1961-1992
|
Ağakişiyev Səfa Məmmədrza oğlu 1969-1993
|
Ağalarov Baxış Səlim oğlu 1972- . . . |
Ağayev Rafiq Hafiz oğlu 1971-1992 Ağayev Rafiq Hafiz oğlu 1971-ci ildə anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1992-ci ildə şəhid olub.
|
Ağayev Yavər Balaxan oğlu 1972-1992
|
Alışov Fariz Sərməs oğlu 1974-1993
|
Allahverdiyev Elxan Kamil oğlu 1966-… Allahverdiyev Elxan Kamil oğlu 1966-cı ildə Yuxarı Yeməzli kəndində anadan olub. 1984-cü ildə Sarallı Xəştab kənd məktəbində orta təhsilini başa vurub. |
Allahverdiyev İsmayıl İbiş oğlu 1951-1990
|
Allahverdiyev Qorxmaz Bahadur oğlu 1973-1993
|
Almirzəyev Əbülfət Mürşüd oğlu 1966-1994 |
Almuradov Xaqani Ağaqulu oğlu 1969-... Almuradov Xəqani Ağaqulu oğlu 1969-cu ildə Şəfibəyli kəndində anadan olub. 1986-cı ildə Şəfibəyli kənd orta məktəbini bitirib, Bakı İnşaat Texnikumunun tələbəsi olub. |
Alverdiyev Alverdi Tarverdi oğlu 1974-1994 Alverdiyev Alverdi Tarverdi oğlu 1974-cü ildə Zəngilan rayonunun Muğanlı kəndində anadan olub. 1981-1991-ci illərdə Vənətli kəndində orta məktəbi bitirib.
|
Aslanov Alik Şəmil oğlu 1962-1992
|
Aslanov Eldar Əfraz oğlu 1972-1992
|
Atakişiyev Sabir Şahməmməd oğlu 1972- ... Atakişiyev Sabir Şahməmməd oğlu 1972-ci ildə Zərnəli kəndində anadan olub. 1989-cu ildə kənd məktəbində orta təhsil alıb. |
Abbasov Taleh Tofiq oğlu 1989-2010
|
Babayev Barat Məhəmməd oğlu 1965-1994 Babayev Barat Məhəmməd oğlu 1965-ci ildə Zəngilan rayonunun Şatarız kəndində anadan olub. Rəzdərə kənd məktəbində səkkizinci sinfi bitirib və daha sonra Ermənistan SSR-in Qafan şəhərində yerləşən peşə məktəbində avtomobil çilingəri ixtisası alaraq doğma kəndinə qayıdıb. |
Babayev Hətəmxan Səfər oğlu 1972-1992
|
Babayev Saleh Valeh oğlu 1969-1992 Babayev Saleh Valeh oğlu 1969-cu ildə Zəngilan rayonunun Dərə Gilətağ kəndində anadan olub.
|
Babayev Vüqar Baba oğlu 1976-1992 Babayev Vüqar Baba oğlu 1976-cı ildə Zəngilan rayonunun Saralı-Xəştab kəndində anadan olub.1983-cü ildə Saralı-Xəştab kənd orta məktəbinin birinci sinfinə gedib.
|
Bağırov Vüqar Novruz oğlu 1973-1993 Bağırov Vüqar Novruz oğlu 1973-cü ildə Mincivan qəsəbəsində anadan olub.1990-cı ildə N. Nərimanov adına qəsəbə orta məktəbini bitirib, Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olub. 1991-ci ildə İnstitutun birinci kursunda təhsil aldığı zaman erməni təcavüzünə məruz qalan Vətənin müdafiəsi üçün silaha sarılıb. |
Bağırov Vüqar Habil oğlu 1970-1993 Bağırov Vüqar Habil oğlu 1970-ci ildə Zəngilan rayonunun Keçikli kəndində anadan olub. 1987-ci ildə Zəngilan şəhər məktəbində orta təhsilini tamamlayaraq Bakı şəhərində fəaliyyət göstərən 188 nömrəli texniki peşə məktəbində telemexanik ixtisasına yiyələnib. 1988-ci ildə hərbi xidmətə çağırılıb. Əsgəri qulluğunu yerinə yetirdikdən sonra bir müddət rayonda su istismarı idarəsində işləyib. |
Bayramov Etibar Şamxal oğlu 1972-1993
Kəndlərində yerli təsərrüfatda kolxozçu kimi fəaliyyətə başlayaraq valideynlərinə yaxından köməklik göstərib. |
Bayramov Pərviz Həsi oğlu 1972-1994 Bayramov Pərviz Həsi oğlu 1972-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1989-cu ildə N. Nərimanov adına Mincivan qəsəbə orta məktəbini bitirib.
|
Bayramov Tarverdi Oruc oğlu 1972-1992
|
Bayramov Ziyad Hümbət oğlu 1972-1993 Bayramov Ziyad Hümbət oğlu 1972-ci ildə Mincivan qəsəbəsində anadan olub. 1989-cü ildə N.Nərimanov adına Mincivan qəsəbə orta məktəbini, daha sonra Bakı Dəmiryol Texnikumunu bitirərək hərbi xidmətə gedib. Əsgəri qulluğunun ilk dövrlərini Sumqayıt şəhərində yerinə yetirib. Sonra öz arzusu ilə rayonun sərhədyanı Günqışlaq, Canbar və Yeməzli kəndlərinin keşiyini çəkib. 1993-cü il mayın 16-da ermənilər müxtəlif istiqamətlərdən Zəngilan rayonunun ərazisini atəşə məruz qoyan zaman “Mal yatağı” postu yaxınlığında düşmən kəşfiyyatçıları ilə uzun atışmalardan sonra ağır yaralanaraq şəhid olub.Zəngilan rayonu, Mincivan qəsəbə qəbiristanlığında dəfn edilib.
|
Bədirov Eynur Sayıl oğlu 1973-1992 Bədirov Eynur Sayıl oğlu Zəngilan rayonunun Ördəkli kəndində anadan olub. 1990-cı ildə Mincivan qəsəbəsində dəmiryol orta məktəbini və Zəngilan rayon 1 saylı musiqi məktəbinin tar şöbəsini bitirib. Bakı şəhərinə gələrək 80 nömrəli Texniki Peşə Məktəbində dərzilik peşəsinin sirlərinə yiyələnib.1991-ci ildə Bakı şəhərinin Nizami Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilib. Krım vilayətinin Feodasiya şəhərində hərbi dəniz qüvvələrində əsgəri qulluğunu yerinə yetirib. Respublikada gedən müharibə ilə əlaqədar 1992-ci ildə orada hərbi xidmətini yarımçıq dayandıraraq qeydiyyatda olduğu Bakı şəhərinin Nizami rayonuna qayıdıb. Həmin günlərdə yenidən səfərbərliyə alınaraq Tovuz rayonunda düşmənə qarşı müdafiə döyüşləri aparan hərbi hissəyə, oradan isə Goran stansiyası ərazisindəki hərbi hissəyə göndərilib.1992-ci ilin sentyabr ayının 5-də itkin düşüb. |
Bədirov Rövşən Əlixan oğlu 1972-1993
Bədirov Rövşən Əlixan oğlu 1972-ci ildə anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1993-cü ildə şəhid olub.
|
Behbudov Fikrət Behbud oğlu 1970-1993
Behbudov Fikrət Behbud oğlu 1970-ci ildə Vəliqulubəyli kəndində anadan olub.Orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra Bakıda dəmiryol texnikumuna daxil olub. 1987-ci ildə təhsilini tamamlamadan hərbi xidmətə gedib. Almaniyada əsgəri borcunu yerinə yetirdikdən sonra Vətənə qayıdıb və 1996-cı ildə dəmiryol texnikumunu bitirib. Bakı-Şərur qatarında bələdçi kimi ilk əmək fəaliyyətinə başlayıb. 1992-ci il mayın 1-də Milli Orduda xidmətə başlayıb. Rayonumuzun sərhədyanı Günqışlaq, Canbar və Yeməzli kəndlərinin müdafəsinə cəlb edilib. 1993-cü il mayın 2-də rayonun Quyudərə Xəştab kəndində şəhid olub. Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
|
Behbudov Ramiz Rəşid oğlu 1973-1993 Behbudov Ramiz Rəşid oğlu 1973-cü ildə Vəliqulubəyli kəndində anadan olub.Tiri kənd məktəbində oxuyaraq orta təhsil alıb. Sonra Bakı şəhərində kooperativ texnikumunda uğurla qəbul imtahanları verib. Bu təhsil ocağını mühasib-nəzarətçi ixtisasına yiyələnməklə bitirmək ərəfəsində hərbi qulluğa çağırılıb. 1992-ci ilin sonlarında Milli Orduda xidmətə başlayıb. Əvvəlcə Şükrataz yüksəkliklərində ermənilərin həmlələrinin dəf olunmasında iştirak edib. Bir müddətdən sonra Sobu kəndinin müdafiəsinə göndərilib. 1993-cü il avqustun 29-da Sobu kəndindəki «Qızıl qaya» postu yaxınlığında erməni kəşfiyyatçıları ilə qəfil qaşılaşmalarda güllə yarası alaraq şəhid olub. Zəngilan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
|
Bəşirov Adıgözəl Aşur oğlu 1974-2003
|
Bəşirov Fazil Arif oğlu 1967- . . . Bəşirov Fazil Arif oğlu 1967-ci ildə Zəngilan şəhərində anadan olub. 1984-cü ildə 1 saylı şəhər orta məktəbini bitirib. 1985-87-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. Əsgəri qulluqdan serjant rütbəsində qayıdıb. Sonrakı illərdə mərkəzi rayon xəstəxanasının qazanxanasında və iaşə sistemində çalışıb.1993-cü ilin may ayında Zəngilan Rayon Polis Şöbəsinə işə düzəlib. Xarici müdaxilə ilə yanaşı, ictimai-siyasi gərginliyin artdığı həmin dövrdə Zəngilan şəhərində və Mincivan qəsəbəsində asayişin qorunmasında iştirak edib, Məmmədbəyli kəndində yaradılmış nəzarət postunda xidməti vəzifəsini yerinə yetirib. Daha sonra Şayıflı, Şatarız və Rəzdərə kəndlərinin müdafiəsinə göndərilib. 1993-cü il oktyabrın 24-də Cəbrayıl rayonunun Dərzili kəndindən zirehli texnika ilə hücum edən düşmənə qarşı döyüşdə 6 nəfər polis əməkdaşı ilə birlikdə qeyri-müəyyən şəraitdə itgin düşüb. 2001-ci ilin iyulunda ona şəhidlik statusu verilib.
|
Cabbarov Akif İsmayıl oğlu 1960-1994
Cabbarov Akif İsmayıl oğlu 1960-cı ildə anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1994-cü ildə şəhid olub.
|
Cəfərov Sabir Vəli oğlu 1959-1992 Cəfərov Sabir Vəli oğlu 1959-cu ildə Qafan rayonunda anadan olub. 1977-1979-cu illərdə Sovet ordusunda xidmət edib. 10 dekabr 1992-ci ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Camalov Kamal Nüsrət oğlu 1974-1993
|
Cavadov Azər Məmməd oğlu 1973-1993
Cavadov Azər Məmməd oğlu 1973-cü ildə anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1993-cü ildə şəhid olub.
|
Cəfərov Azər Xudam oğlu 1973-1993 Cəfərov Azər Xudam oğlu 1973-cü ildə Zəngilan rayonunun Qazançı kəndində anadan olub. Orta təhsilini 1990-cı ildə Ağkənd məktəbində alıb. 1993-cü ilin əvvəlində sovet ordusunda xidmətini başa vurub. Vətənə qayıdan kimi Milli Orduda xidmətə başlayıb. 1993-cü il aprelin 3-də «Güllü yal»da başından daha ağır yara alıb. 1993-cü il iyun ayının 16-da şəhid olub. Zəngilan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
|
Cəfərov Bəxtiyar Vəli oğlu 1953-1994 Cəfərov Bəxtiyar Vəli oğlu 1953-cü ildə Ağkənddə anadan olub. 1958-68-ci illərdə Ermənistanın Sisyan rayonunda 8 illik təhsil alıb. 1971-ci ildə Sumqayıtda 41 saylı texniki-peşə məktəbinə daxil olub. Sonra Rusiya Federasiyasının Sverdlovsk şəhərində əsgəri borcunu yerinə yetirib. 1975-ci ildən Zəngilanın müxtəlif tikinti idarələrində sürücü işləyib. 1994-cü il aprelin 20-də Ağdamın Güllücə kəndində düşmənin top mərmisindən həlak olub. Bakıda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
|
Cəfərov İbiş Süleyman oğlu 1974-1992 Cəfərov İbiş Süleyman oğlu 1974-cü ildə Zəngilan rayonunun Dərəli kəndində anadan olub. 1990-cı ildə Dərəli kənd orta məktəbini bitirib. Zəngilan rayonunun Qazançı kəndindəki döyüşlərdə iştirak edib. Sonra hərbi xidmətə çağırılıb. Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. 20 sentyabr 1992-ci ildə qəhrəmancasına həlak olub. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. |
Cəfərov Sərvan Qüdrət oğlu 1972-1993 Cəfərov Sərvan Qüdrət oğlu 18 iyun 1972-ci ildə Zəngilan şəhərində anadan olub. 1989-cu ildə şəhərdəki 3 saylı orta məktəbi qurtarıb. 1991-ci ildə rus ordusu sıralarında qulluğa gedib. Bir neçə dəfə rayonun döyüş zonalarında, Şayıflı və Şatarız kəndlərindəki döyüşlərdə iştirak edib. 1993-cü il aprelin 10-da Kolluqışlaq kəndində döyüşdə şəhid olub. "Vətən uğrunda" medalı ilə təltif olunub.
|
Dadaşov Xəlil İslam oğlu 1974-1993 Dadaşov Xəlil İslam oğlu 1974-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 12 may 1993-cü ildə şəhid olub.
|
Dəmirov İbadulla Ağabala oğlu 1959-1992
|
Dünyamalıyev Əmir Dünyamalı oğlu 1971-1994 Dünyamalıyev Əmir Dünyamalı oğlu Ermənistanın Kafan şəhərində anadan olsa da, ata-baba yurdu Zəngilan rayonu Sobu kəndidir. 1978-ci ildə Kafanda orta məktəbin 1-ci sinfinə gedib, daha sonra təhsilini Sobu kəndində davam etdirib. Bunun ardınca Zəngilan rayonundakı 144 saylı peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. 1989-cu ildə sovet ordusu sıralarına hərbi qulluğa çağırılıb. Sovetlər Birliyinin süqutu ilə əlaqədar 1991-ci ildə ordudan yarımçıq tərxis edilib və əsgəri qulluğunun qalan hissəsini Bakı şəhərində yerinə yetirib.Zngilana qayıdan kimi özünümüdafiə batalyonuna üzv yazılıb. Sobunun, Ağbəndin sərhədboyu postlarında keşik çəkib, Zəngilan rayonunda, Qubadlı və Cəbrayılda bir sıra döyüşlərin fəal iştirakçısı olub.1994 -cü il fevralın 2-də Füzuli rayonunun düşməndən azad edilməsi əməliyyatında şəhidlik zirvəsinə yüksəlib. Məzarı Bakıda, II Şəhidlər Xiyabanındadır. |
Dünyamalıyev Hicran Yusif oğlu 1970-1993 Dünyamalıyev Hicran Yusif oğlu 1970-ci ildə Zəngilan rayonunun Aşağı Gəyəli kəndində anadan olub.1988-ci ildə Şayıflı kənd orta məktəbini bitirib. Əsgəri xidmətini Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirib. 1990-cı ildə xidmətdən qayıdaraq Şayıflı dəmiryol stansiyasında fəhlə işləyib. Erməni quldur dəstələrinin fitnə-fəsadı nəticəsində Qafan rayonuna yaxın olan kəndlərimizin hər gün mərmi “yağışına” məruz qaldığını görən Hicran Milli Orduya yazılıb. Döyüşçü kimi, sərhədyanı Ağkənd, Qazançı və Seyidlər kəndlərindəki postlarda keşik çəkib, düşmən atəşinə atəşlə cavab verib. Dəfələrlə erməni silahlıları ilə ölüm-dirim üzləşməsindən uğurla çıxıb. |
Əhmədov Əsgər Bilal oğlu 1970-1993 Əhmədov Əsgər Bilal oğlu 1970-ci ildə Alıbəyli kəndində anadabn olub. Məktəbi bitirdikdən bir il sonra 1988-ci ildə Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Rusiya Federasiyasının Primorsk vilayətində qulluq edib. Erməni silahlı qüvvələrinin Zəngilana hücumlarının şiddətləndiyi 1993-cü ilin əvvəllərində silaha sarılaraq rayonumuzun Ağbənd, Rəzdərə, Seyidlər, Ağkənd, Canbar, Kolluqışlaq kəndlərində döyüşlərdə hünərlə vuruşub.
|
Əhmədov Vasif Nüsrət oğlu 1974-1993 Əhmədov Vasif Nüsrət oğlu Rəbənd kəndində anadan olub. 1981-91-ci illərdə Alıbəyli kənd orta məktəbini bitirib. 1992-ci ilin mayında səfərbərliyə alınaraq orduya hərbi xidmətə aparılıb. Bartaz kəndinin ərazisini-Şükrətaz yüksəkliyini qoruyan bölmənin tərkibinə daxil edilib.
|
Əhmədov Vidadi Famil oğlu 1965-1993
|
Ələkbərov İlqar Ələkbər oğlu 1975-1996
|
Ələkbərov Müseyib Abbas oğlu 1914-1992
|
Əliyev Azər Əyyub oğlu 1971-1992
|
Əliyev Baris Nüsrət oğlu 1974-1994 Onun döyüş yolu Seyidlər, Yeməzli, Saralı-Xəştab kəndlərindən keçib.Rayonumuz işğal olunduqdan sonra Baris hərbi xidmətini Füzuli rayonunda ağır döyüşlərə girməklə davam etdirib. Onun iştirakı ilə Füzulinin bir sıra kəndləri yadelli xainlərdən təmizlənib. 1994-cü il fevral ayının 14-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində aparılan döyüş əməliyyatı zamanı düşmən qüvvələri kənddən qovulub çıxarılsa da, qəfil yağı gülləsi Barisin həyatına son qoyub. Bakı şəhərində I Şəhidlər Xiyabanında torpağa tapşırılıb. |
Əliyev Cümşüd Müseyib oğlu 1970-1993 29 avqust 1993-cü ildə onun başçılıq etdiyi döyüş dəstəsi Sobu kəndi ətrafında 20-yə yaxın erməni kəşfiyyatçısı ilə qarşılaşıb. Bir saat davam edən atışmada Cümşüd və ondan əlavə üç əsgər dostu həlak olub. Mincivan qəsəbəsində dəfn edilib.
|
Əliyev Hüseyn Oktyabr oğlu 1974-1994 Əliyev Hüseyn Oktyabr oğlu rayonumuzun Mincivan qəsəbəsində anadan olub. 36 nömrəli qəsəbə məktəbində orta təhsil alıb. Könüllü olaraq Milli Orduda qulluğa gedib. Tərtər, Ağdərə bölgəsində döyüşüb. 1994-cü ildə şəhid olub.Bakıda II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
|
Əliyev Məstalı İxtiyar oğlu 1973-1994
|
Əliyev Salman İsməmməd oğlu 1969-1992 Əliyev Salman İsməmməd oğlu 12 yanvar 1969-cu ildə Salyan rayonunun Sarvan kəndində anadan olub. 1987-89-cu illərdə Sovet ordusunda qulluq edib. 1992-ci ildən milli orduda qulluğa başlayıb. 24 dekabr 1992-ci ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
|
Əliyev Tələt Sərdar oğlu 1968-1993 Əliyev Tələt Sərdar oğlu 1968-ci ildə Bakı şəhəri, Daşkörpü kəndində anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 15 may 1993-cü ildə şəhid olub.
|
Əsədov Əsəd Soltan oğlu 1958-1991
|
Əsgərov Bilal İsa oğlu 1974-1992
|
Əsgərov Seymur Əsgər oğlu 1973-1992
|
Əzimov Natiq İsmayıl oğlu 1975-1994 Əzimov Natiq İsmayıl oğlu 1975-ci ildə Xumarlı kəndində doğulub. 1990-cı ildə Sarıl kənd orta məktəbində orta təhsilini tamamlayaraq rayonumuzda fəaliyyət göstərən 144 nömrəli texniki peşə məktəbində özünə peşə qazanıb. 1994-cü il mart ayının13-də şəhidlik zirvəsinə ucalıb.Məzarı Bakıda II Şəhidlər Xiyabanındadır.
|
Eyvazov Natiq Nəriman oğlu 1970-1994
|
Fərəcov İsaq Allahverdi oğlu 1964-1994 Fərəcov İsaq Allahverdi oğlu 1964-cü ildə Xumarlı kəndində kolxozçu ailəsində anadan olub. 1979-cu ildə Sarıl kənd məktəbinin 8-ci sinfini bitirdikdən sonra orta təhsilini Alıbəyli kənd məktəbində tamamlayıb. 1981-83-cü illərdə ərazidəki Tingçilik Sovxozunda əmək fəaliyyətinə başlayıb. 1983-1985-ci illərdə əsgəri qulluqda olub. Vətənə qayıdaraq Əlibayramlı şəhərindəki (indiki Şirvan şəhəri) Yüngül Sənaye Texnikumunda texnoloq ixtisasına yiyələnib və ixtisası üzrə işə düzəlib. 1991-ci ildə Milli Ordu sıralarında səngər həyatı Şuşadan başlanıb. Sonra Laçın, Qubadlı və Zəngilan rayonlarında döyüşlərdə iştirak edib. Rayonumuzun işğalından sonra onun tərkibində olduğu hərbi hissə Füzuli bölgəsinə, oradan isə Tərtər rayonunun sərhəd kəndlərinin müdafiəsinə göndərilib.1994-cü ilin aprel ayının 26-da Tərtər rayonunun Cəmilli kəndi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. |
Fərəcov Rəşid Nüsrət oğlu 1960- . . .
Fərəcov Rəşid Nüsrət oğlu Mincivan qəsəbəsində anadan olub. Qəsəbədəki 36 nömrəli məktəbdə orta təhsilə yiyələnib. 1980-ci ildə hərbi xidmətə gedib, əsgəri qulluğunu Rusiyanın Saxalin mahalında başa vurub. Yenidən Vətənə dönərək Bakı Politexnik Texnikumuna daxil olub. 1993-cü ilin noyabr ayında yenidən əsgər mundiri geyinərək Milli Orduda xidmətə başlayıb. “N” saylı hərbi hissənin tərkibində Xocavənd, Beyləqan döyüşlərində iştirak edib. 1994-cü ilin əvvəllərində naməlum şəraitdə itkin düşüb.Müdafiə Nazirliyi və Rəşidin yaxınları onun sonrakı döyüş yolu, taleyi haqqında məlumat almağa çalışsalar da, təəssüf ki, bütün cəhdlər nəticəsiz qalıb. Odur ki, həlak olmuş hesab edilərək ona şəhidlik statusu verilib.
|
Fərəcov Zahir Zakir oğlu 1972-1992
|
Feyziyev Nadir Bahadur oğlu 1956-1993
|
Gülməmmədov Əbülfət Əli oğlu 1969-1994
|
Gülməmmədov Eynulla Valeh oğlu 1968-1992
|
Hüseynov Qahir Qüdrət oğlu 1968-1992
|
Hacıyev Ağakişi Məhərrəm oğlu 1961-1993
1992-ci ildə Milli Ordumuzun döyüşçüləri sıralarında Qarabağ cəbhəsinə yollanıb. Sabunçu batalyonunun tərkibində Ağdamın Papravənd, Güllücə və Qərvənd kəndləri uğrunda vuruşlarda tağım komandiri kimi əsgərləri ilə birlikdə sinəsini Vətən torpaqlarına sipər edib. 1993-cü ildə dekabr ayının 29-da Ağdam rayonunun Güllücə kəndində şəhid olub.Bakı şəhərində I Şəhidlər Xiyabanında dəfn edilib.
|
Hacıyev Elsəvər Polad oğlu 1972-1991
Hacıyev Elsevər Polad oğlu 1972-ci ildə anadan olub. 1989-cü ildə Zəngilan kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Nümunəvi xidmət göstərərək, sürücülük kursu bitirdiyindən idarə etdiyi avtomaşınla mütəmadi olaraq hərbi sifarişlər yerinə yetirib. E. Hacıyev 1992-ci il sentyabr ayının 10-da növbəti dəfə xidməti borcunu yerinə yetirərkən həlak olub.
|
Hacıyev Elxan Əmiraslan oğlu 1975-1993 Hacıyev Elxan Əmiraslan oğlu 1975-ci ildə Çöpədərə kəndində anadan olub. O, ailənin tək oğul övladı kimi malik olduğu imtiyazdan imtina edib, cəbhədə erməni yağıları ilə ölüm-dirim savaşına girən oğulların sırasında dayanıb. Hacıyev Elxan 1993-cü ilin yanvarında Füzuli bölgəsində şəhid olub. Bakıda II Şəhidlər Xiyabanında dəfn olunub.
|
Həmidov Mehman Hüseyn oğlu 1973-1992
|
Həsənov Əfqan Xudayar oğlu 1969-1994 Həsənov Əfqan Xudayar oğlu 1969-cu il fevral ayının 2-də Şayıflı kəndində anadan olub. 1992-ci ilin əvvəlindən Vətən uğrunda canını fəda etdiyi günədək şərəfli döyüş yolu keçib. Ağkənd, Qazançı, Seyidlər və digər cəbhəboyu kəndlərin fəal müdafiəçilərindən biri olub. 1994-cü ilin 2 fevralında Füzuli rayonu ərazisinin işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşdə şəhid olub. Bakıda II Şəhidlər Xiyabanında dəfn olunub.
|
Həsənov İlham Həsən oğlu 1971-1994 Həsənov İlham Həsən oğlu 1971-ci ildə Şayıflı kəndində anadan olub. Doğma kənd məktəbini bitirdikdən sonra təhsilini Zəngilandakı 144 nömrəli peşə məktəbində davam etdirib. Sonra 1991-ci ilin iyunundan Sovetlər Birliyinin süqutunadək SSRİ məkanında həqiqi hərbi xidmətdə olub. Ordudan qayıdaraq bir müddət kolxozda fəhlə işləyib. 1992-ci ildən başlayaraq rayonun ərazi özünümüdafiə taborunda xidmətdə olub. Düşmən havadarlarının köməyi ilə Zəngilanı ələ keçirdikdən sonra da döyüş yolunu davam etdirən İlham Həsənov 1994-cü ilin yanvar ayının 19-da Füzuli rayonunda gedən qanlı savaşda şəhidlik zirvəsinə ucalıb. Horadiz qəsəbəsinin düşmən tapdağından azad edilməsində İlhamın xüsusi xidmətləri olub. Bakıda II Şəhidlər Xiyabanında dəfn olunub. |
Həsənov Nəcəf Heydər oğlu 1970-1994 Həsənov Nəcəf Heydər oğlu 1970-ci il yanvar ayının 14-də Çöpədərə kəndində anadan olub. Çöpədərə kəndində orta təhsil alıb, Naxçıvan Sovxoz-Texnikumunu bitirib. Sonra 1989-1991-ci illərdə Tümendə hərbi xidmətdə olub. Geri qayıdanda Zəngilanı ermənilərin başladığı qovğada görüb. 1993-cü il yanvarın 15-də Füzuli rayonunun Şükürbəyli kəndində başından ağır, ölümcül yara alıb. Döyüşdə aldığı yaradan yanvarın 28-də Respublikamızın paytaxtında fəaliyyət göstərən Neyrocərrahiyyə Mərkəzində şəhid olub. Məzarı Şəhidlər Xiyabanındadır. |
Həsənov Samir Nizami oğlu 1979-1998 Həsənov Samir Nizami oğlu 1979-cu ilin aprelin 21-də Zəngilan rayonunda anadan olub. Zəngilan rayon hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağırılıb. |
Həsənov Vəliyəddin Mikayıl oğlu 1972-1992 Həsənov Vəliyəddin Mikayıl oğlu 1972-ci ildə Zəngilan rayonunun Quyudərə-Xəşdab kəndində anadan olub.1990-cı ildə hərbi xidməti başa vurduqdan sonra kəndlərinə qayıdıb. |
Həsənov Zaur Həsən oğlu 1974-1994
|
Həsənquliyev Fəxrəddin Həsənqulu oğlu 1971-1992 Həsənquliyev Fəxrəddin Həsənqulu oğlu 1971-ci ildə Məşədiismayıllı kəndində anadan olub. 1982-ci ildə Məşədiismayıllı kənd ibtidai orta məktəbini, 1988-ci ildə Rəzdərə kənd orta məktəbini bitirib. Attestat aldıqdan sonra sürücülük sənətinə yiyələnib.1989-cu ildə Zəngilan Rayon Hərbi Komissarlıq tərəfindən hərbi xidmətə çağırılıb, SSRİ hərbi qüvvələrində Qazaxıstan Respublikasında qulluq edərək 1991-ci ildə doğma yurduna qayıdıb.1992-ci ilin fevralından torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. Zəngilan və Qubadlı ərazisində gedən bir sıra döyüşlərdə fəal iştirak edib.1992-ci il oktyabr ayının 21-də Kolluqışlaq kəndində döyüş zamanı qarın boşluğundan aldığı güllə yarasından daxili orqanları ciddi zədələnib. Təcili yerləşdirildiyi hərbi hospitalda həkimlərin onun həyatı üçün göstərdikləri mücadiləyə baxmayaraq, həmin gün şəhid olub. Məşədiismayıllı kəndinin qəbristanlığında dəfn olunub.
|
Hətəmxanov Şakir Qüdrət oğlu 1970-1994 1993-cü ilin oktyabrında Zəngilan rayonu erməni silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra qısa vaxt ərzində cəbhəyə gedib. 1993-cü ilin noyabr–dekabr aylarında Ağdam-Füzuli istiqamətində döyüşlərdə vuruşub. 1994-cü ilin əvvələrində Horadiz uğrunda gedən döyüşlərdə iştirak edib. Yanvarın 10-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində düşmən gülləsinə tuş gəlib.Başından aldığı yaradan şəhid olub. |
Heydərov Abbas Qurban oğlu 1971-1992
|
Heydərov Şərif Yaşar oğlu 1970-1994
|
Həziyev Əjdər Mehdi oğlu 1974-1993
|
Hüseynov Cəmil Hüseynəli oğlu 1973-1993 Hüseynov Cəmil Hüseynəli oğlu 1973-cü ildə Ucar rayonu, Alpı kəndində anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 22 mart 1993-cü ildə şəhid olub.
|
Hüseynov Elşən Famil oğlu 1972-1993
|
Hüseynov Hüseyn Həsən oğlu 1965-1994 Zəngilan işğal edildikdən sonra Füzuli rayonunun Horadiz qəsəbəsi, Böyük Bəhmənli, Bala Bəhmənli, Babı, Şükürbəyli və s. kəndləri istiqamətində gedən döyüşlərdə qorxmazlığı, cəsarəti ilə fərqlənib. Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində döyüş əməliyyatı zamanı snayper gülləsindən yaralanıb.1994-cü il aprel ayının 27-də şəhid olub. Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib.
|
Hüseynov Orxan Şahsuvar oğlu 1969-1992 Xidmətdən sonra 1990-cı ilin ortalarında Vejnəli kəndində könüllülər dəstəsinə yazılaraq hər yoluna, cığırına bələd olduğu doğma Nüvədinin sərhəddində həmkəndlilərinin, ailəsinin dinc həyatını məşəqqətə döndərmiş zalımlarla ölüm-dirim savaşına qalxıb.
|
Hüseynov Ramazan Yunis oğlu 1971-1994
|
Hüseynov Rəfael Maarif oğlu 1974-1993
|
Hüseynov Rəfael Talıb oğlu 1959- . . . Hüseynov Rəfael Talıb oğlu Sarıl kəndində anadan olub. İlk təhsilini doğulduğu kənddə aldıqdan sonra qonşu Alıbəyli kənd orta məktəbini bitirib. 1977-1979-cu illərdə Komi Muxtar Respubilkasında inşaat batalyonunda əsgəri qulluqda olub. Qayıdaraq Sumqayıt Boru Prokat Zavodunda fəhlə işləyib.
|
Hüseynov Sərdar Hüseynqulu oğlu 1956-1993
|
Hüseynov Yaşar İsmayıl oğlu 1959-1993 Hüseynov Yaşar İsmayıl oğlu 1959-cu il Bartaz kəndində anadan olub.Orta məktəbi bitirdikdən sonra 1978-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu Ukrayna SSR-nin Şeştika şəhərində yerinə yetirib. Hərbi xidmətini başa vurduqdan sonra bir neçə il həmin şəhərdə işləyib. 1992-ci ildə erməni quldur dəstələrinin torpaqlarımıza basqın etdiklərini eşidərək Azərbaycana qayıdıb. Könüllü olaraq Zəngilan rayonundakı özünümüdafiə taboruna üzv yazılıb. Kapitan Yaşar Hüseynov rayonda ən ucqar və ermənilərin daima hədəf seçdiyi Kolluqışlaq kəndinə göndərilib.1993-cü il iyun ayının 24-də düşmən minasına düşərək şəhid olub.
|
Hüseynov Zakir İsgəndər oğlu 1956-1993
Zəngilan Şəhidlər Xiyabanında dəfn olunub.
|
Hüseynova Könül İmamqulu qızı 1975-1992 Hüseynova Könül İmamqulu qızı 1975-ci ildə Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub.1992-ci ildə Zəngilan kənd orta məktəbinin XI sinfində oxuyurdu. Qıraq Müşlan kənd qəbristanlığında dəfn olunub. |
Hüsüyev Hüsü Humay oğlu 1974-1994 İlk kursu başa vurduqdan sonra Milli Ordu sıralarına xidmətə çağırılıb. Qubadlını qoruyan hərbi hissənin tərkibinə göndərilib.1993-cü ilin sentyabr ayınadək Qubadlıda aparılan müdafiə döyüşlərində iştirak edib.Həmin rayon erməni silahlı qüvvələrinin nəzarətinə keçdikdən sonra Tərtər istiqamətində ağır döyüşlərə girib.Orada 5 ayadək düşmənə qarşı vuruşub.
|
Həsənov Eldəniz Novruz oğlu 1973-1994
Fevral 1994-cü ildə Murov dag uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. |
İbişov Rafiq Gülüş oğlu 1970-1993 İbişov Rafiq Gülüşoğlu 1970-ci ildə Dərə Gilətağ kəndində anadan olub. Orada orta təhsil alıb.1988-ci ildə Nizami adına sovxozda fəhlə kimi ilk əmək fəaliyyətinə başlayıb. 1989-cu ildə hərbi xidmətə aparılıb.Əsgəri borcunu Rusiya Federasiyasının Şərqində, Çita şəhərində yerinə yetirib.1991-ci ildə xidmətdən dönərək rayonda 65 nömrəli səyyar mexanikləşdirilmiş dəstədə çalışıb.1992-ci ilin sonlarında Milli Orduya çağırılıb. Əsasən Quyudərə Xəştab kəndinin hüdudlarında yaradılmış postda dayanıb. Lakin vaxtaşırı ərazidə döyüş əməliyyatları ilə əlaqədar tapşırıqları yerinə yetirib, düşmən hücumlarının qarşısının alınmasında iştirak edib.1993-cü il may ayının16-da “Mal yatağı” deyilən ərazidəki post yaxınlığında erməni quldur dəstəsinin növbəti qəfil hücumu zamanı qarşılıqlı atışmada aldığı güllə yarasından şəhid olub. Zəngilan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
|
İbrahimov Nəbi Yusif oğlu 1958-1993 İbrahimov Nəbi Yusif oğlu 1958-ci ildə Mincivan qəsəbəsində anadan olub. 1975-ci ildə qəsəbədəki 36 saylı dəmiryol məktəbini bitirdikdən sonra təhsilini Tikinti Sənaye Texnikumunda davam etdirib.1975-77-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Zəngilanda yağı düşmənə qarşı müdafiə döyüşləri getdiyi günlərdə könüllü olaraq Milli Orduya yazılıb.1992-ci ilin əvvəlindən başlayaraq Qazançı, Sobu, Bartaz istiqamətində döyüşlərdə fəal iştirak edib. Həmin ilin yayında yaralanıb. Bakı şəhər mərkəzi hərbi hospitalında müalicə olaraq yenidən rayonumuzun müdafiəçiləri sırasına qayıdıb. 28 iyun 1993-cü ildə şəhid olub. Məzarı Zəngilan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
|
İmanov Alıqulu Kazım oğlu 1958-1993 İmanov Alqulu Kazım oğlu 1958-ci ildə Mincivan qəsəbəsində anadan olub və orta təhsil alıb. 1975-ci ildə daxil olduğu Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu 1980-ci ildə fərqlənmə diplomu ilə bitirib. Təyinatla Bakı Evtikmə Kombinatında işə başlayıb. 1993-cü ilin oktyabr ayında səfərbərliyə alınaraq döyüş bölgəsinə göndərilib. 1993-cü ilin dekabr ayının 10-da Beyləqan istiqamətində döyüşdə şəhid olub.Bakı şəhərində, I Şəhidlər Xiyabanında dəfn edilib.
|
İmanquliyev Şükür İmanqulu oğlu 1969-1993 İmanquliyev Şükür İmanqulu oğlu 1969-cu ildə Mincivan qəsəbəsində anadan olub. 1986-cı ildə N.Nərimanov adına Mincivan qəsəbə orta məktəbini bitirib. Bakı şəhərinə gələrək 14 nömrəli texniki peşə məktəbinin radio və televiziya kursuna qəbul olub. 1988-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən tərxis olunarkən Krasnoyarsk şəhərində işə düzəlib. 1992-ci ildə mənfur qonşularımız ermənilərin torpaqlarımıza təcavüzü başlanarkən Zəngilan rayonuna qayıdıb və rayonda yaradılmış özünümüdafiə taboruna üzv yazılıb. 1992-ci il avqustun 29-da Sobu kəndindəki «Oğru» bulaq deyilən yerdə kəşfiyyatda olan ermənilərlə bir saatdan artıq davam edən döyüşdə şəhid olub. Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
|
İsayev İsa Vahid oğlu 1974-1993 İsayev İsa Vahid oğlu 1974-cü ildə Keçikli kəndində anadan olub. Kənddə səkkizillik məktəbi bitirdikdən sonra rayonumuzdakı 144 nömrəli texniki peşə məktəbində mexanizator ixtisasına yiyələnib.1991-ci ildə Milli Orduda xidmətinin əvvəlində Sumqayıtda hərbi tibbi xidmət üzrə xüsusi kurs keçib. Oradan Salyan rayonunda yerləşən hərbi hissəsinin tərkibinə verilib.İki ayadək rayondakı mərkəzi hərbi komendantlıqda növbədə dayanan İsa xidmətini minaatanlar batareyasında davam etdirib. Qonşu Laçın, Qubadlı rayonlarında qanlı qarşıdurmalarda iştirak edib. 1993-cü il avqust ayının 23-də baş vermiş savaşda itkin düşüb.Zəngilan Rayon Məhkəməsinin 25 fevral 2003-cü il tarixi qətnaməsi ilə ona şəhidlik statusu verilib.
|
İsgəndərov Elxan Zahid oğlu 1975-1993
|
İsgəndərov Təbriz Heydər oğlu 1963-1994 İsgəndərov Təbriz Heydər oğlu 1963-cü ildə Ağalı kəndində anadan olub. Orta təhsil aldıqdan sonra rayondakı 144 nömrəli peşə məktəbinin mexanizatorluq şöbəsini bitirərək, ərazini əhatə edən «Moskva» kolxozunda işləyib.Ermənilər xəyanətkarlıq yolunu seçəndə silaha sarılıb. Zəngilanın, Qubadlının, Cəbrayılın müdafiəsində iştirak edib.Zəngilanın süqutundan sonra Füzuli, Ağdam, Goranboy bölgələrində çoxsaylı savaşlara girib. Son döyüşü Murovdağda olub. Eloğlumuz kiçik leytenant T.İsgəndərov başçılıq etdiyi tağımın döyüşçüləri ilə qərar tutqduqları yüksəkliyə hücum edən düşmən qüvvələrinə qarşı ölüm-dirim savaşına girib.Döyüş sursatı qurtardıqdan sonra qumbara ilə onu ələ keçirmək istəyən erməniləri məhv edərək şəhid olub.Silahdaşları onun həlak olduğu yüksəkliyi xəritədə «Təbriz zirvəsi» adlandırıblar.
|
İsgəndərova Sücaət Kəlbalı qızı 1959-1992
|
İsmayılov Əli Vasil oğlu 1969-1994 İsmayılov Əli Vasil oğlu 1969-cu ildə Dəmiryolçular qəsəbəsi Mincivanda anadan olub.1976-86-cı illərdə qəsəbədəki Nərimanov adına orta məktəbi bitirib. Həmin il Özbəkistanın paytaxtı Daşkənddə ali hərbi tank qoşunları komandirləri məktəbinə daxil olub. Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam rayonunun müdafiəsində iştirak edib. 1993-cü ilin əvvəlindən hərbi hissənin istehkamçı mühəndis tağımına baş istehkamçı vəzifəsinə təyin edilib. 1994-cü il dekabr ayının 30-da Ağdam rayonunda şəhid olub. Bakıdakı II Şəhidlər Xiyabanında dəfn olunub.
|
İsmayılov Həsən Mir Ağa oğlu 1961-1992
|
İsmayılov İsmayıl Barat oğlu 1968-1993 İsmayılov İsmayıl Barat oğlu 1968-ci ildə Yuxarı Yeməzli kəndində anadan olub. 1985-ci ildə Sarallı Xəştab kənd məktəbində orta təhsilini tamamlayıb.Həmin il Bakı şəhərində 14 nömrəli texnki peşə məktəbinə qəbul olunub və rəngsazlıq üzrə kurs keçməklə kəndlərinə dönüb.Rusiya Federasiyasiyasının Krasnoyarsk vilayətinə hərbi xidmətə gedib.1988-ci ildə ordudan qayıdaraq H.Aslanov adına sovxozda fəhlə işləyib.1989-cu ildə rayon milis şöbəsinin post-patrul xidmətinə qəbul edilib.Daxili işlər nazirliyinin milis məktəbində xüsusi hazırlıq kursu keçib.1989-92-ci illərdə Ermənistanla həmsərhəd kəndlərin qorunub saxlanması və dinc əhalinin müdafiəsi üçün təşkil olunan hərbi əməliyyatlarda iştirak edib. Dəyanət göstərdiyi son döyüşü Cəbrayıl rayonunun Dərzili kəndi yaxınlığında olub.Naməlum şəraitdə itgin düşüb.1995-ci ilin mart ayında ona şəhidlik statusu verilib.
|
İsmayılov İsmayıl Qaraş oğlu 1935-1992
|
İsmayılov Kərəm İdris oğlu 1963-1994
|
İsmayılov Maarif Atakişi oğlu 1964-1993 İsmayılov Maarif Atakişi oğlu 1964-cü ildə Salyan rayonu, Peyk kəndində anadan olub.10 aprel 1993-cü ildə ermənilərin Zəngilan rayonuna hücumu zamanı şəhid olub.
|
İsmayılov Möhlət Bəhmən oğlu 1968-1993 İsmayılov Möhlət Bəhmən oğlu 1968-ci ildə Dərə Gilətağ kəndində anadan olub. 1975-85-ci illərdə kənddəki məktəbdə orta təhsilini tamamlayıb.1986-cı ildə Almaniya Demokratik Respublikasında sovet ordusu sıralarında hərbi xidmət keçib.Əsgəri qulluqdan qayıdaraq kənd rabitə şöbəsində texnik işləyib.1990-cı ilin oktyabrında Zəngilan Rayon Milis Şöbəsində (indiki polis) xidmətə qəbul olunub.Cəbrayıl rayonunun Dərzili kəndi istiqamətindən 1993-cü il oktyabr ayının 25-də hücum edən erməni silahlı birləşmələri ilə döyüşdə bir qrup polis əməkdaşı ilə birlikdə naməlum şəraitdə itgin düşüb.Şəhidlik statusu 1998-ci ildə təsdiqlənib.
|
İsmayılov Nadir Hüseyn oğlu 1956-1993
İsmayılov Nadir Hüseynoğlu 1956-cı ildə Mincivan qəsəbəsində anadan olub. 1964-74-cü illərdə 36 nömrəli dəmiryol məktəbində orta təhsil alıb. Orta məktəbi bitirən kimi ordu sıralarına xidmətə çağrılıb. 1976-ci ildə Qazaxıstan Respublikasında ikillik hərbi xidmətini başa vuraraq doğma Mincivana qayıdıb, rayon topxanasında işə girib. Milli Ordu yaranan gündən batalyona üzv yazılıb. 1993-cü il fevralın 2-də qəza nəticəsində şəhid olub.Mincivan qəsəbə qəbristanlığında dəfn edilib.
|
İsmayılov Pirqulu Heydərqulu oğlu 1963-1992
|
İsmayılov Yavər İsmayıl oğlu 1969-1994
|
İsmayılov Fazil İdris oğlu 1970-1993
|
Kalbalıyev Cəmil Allahverdi oğlu 1966-1994 Kalbalıyev Cəmil Allahverdi oğlu 1966-cı ildə Sarallı-Xəştab kəndində anadan olub. 1983-cü ildə orta təhsilini başa vurarkən kolxozda mexanizator işləyən atasının yanında təcrübə qazanmaqla bacarıqlı mexanizator kimi ad çıxaran Cəmili ehtiyatlanmadan yerli təsərrüfatda işə götürüblər. 1984-86-cı illərdə Almaniya Demokratik Respublikasında əsgəri qulluqda olub.Ordudan qayıtdıqdan sonra sürücülük məktəbində təhsil alıb və doğma təsərrüfatda kolxoz sədrinin avtomobilini idarə edib. Ermənilərin sərhədboyu kəndlərimizə silahlı basqınlarının artdığı 1991-ci ildə ərazidə yaradılmış özünümüdafiə batalyonuna üzv yazılıb. Rayonumuzun işğalınadək iki ilə yaxın müddətdə doğulduğu Sarallı-Xəştab və ətraf kəndlərin müdaifəsində dayanıb.1993-cü il oktyabr ayının 29-da Zəngilan işğala məruz qaldıqdan sonra Füzuli rayonunun müdafiəsinə göndərilib. 1994-cü il yanvar ayının 26-da həmin rayonun Əbdürrəhmanlı kəndi uğrunda döyüşdə ölümcül yara alaraq həlak olub.Sumqayıtda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
|
Maşıyev Nemət Mütəllim oğlu 1972-1993
Maşıyev Nemət Mütəllim oğlu 1972-ci ildə Lerik rayonu, Şinəband kəndində anadan olub. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir.15 may 1993-cü ildə şəhid olub.
|
Mehdiyev Allahverdi Bəşir oğlu 1952-1994 Mehdiyev Allahverdi Bəşir oğlu 1952-ci ildə Yuxarı Gəyəli kəndində anadan olub.1959-69-cu illərdə 1 saylı Zəngilan şəhər orta məktəbində təhsil alıb.1972-ci ildə Bakıda Tibb məktəbini bitirərək feldşer ixtisası qazanıb. Rayona qayıdaraq əvvəlcə Zəngilan Mərkəzi Rayon Xəstəxanasında, ardınca isə Şayıflı Kənd Xəstəxanasında tibb işçisi kimi fəaliyyət göstərib.Yaralılara tibbi yardım göstərməklə yanaşı, zərurət yarananda əlinə silah alaraq döyüşlərdə də mərdliklə iştirak edib.Rayonumuzun süqutundan sonra İran ərazisindən keçərək Bakıya gələn Allahverdi yenidən təşkil olunan Zəngilan batalyonunun tərkibində Füzuli rayonu istiqamətində döyüşlərə gedib.1994-cü il yanvarın 30-da minaya düşərək şəhid olub.Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib.
|
Mehdiyev Vəli Şükralı oğlu 1968-1994
|
Məhərrəmov Ceyhun Məhərrəm oğlu 1973-1992 Məhərrəmov Ceyhun Məhərrəm oğlu 1973-cü ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub.Xırmandalı kənd orta məktəbini qurtardıqdan sonra 1992-ci il mart ayının 5-də Biləsuvar rayon hərbi komissarlığı tərəfindən hərbi qulluğa çağırılıb. |
Mehrəliyev Müşviq Əjdər oğlu 1970- 1993 Mehralıyev Müşfiq Əjdər oğlu 1970-ci ildə Nəcəflər kəndində doğulub. 1987-ci ildə Şayıflı kənd orta məktəbini bitirib. 1988-ci ilin mayında hərbi xidmətə çağrılıb. Sovet ordusunda xidmətini başa vurub1990-cı ilin avqustunda isə qərar qəbul edərək rayon polisi sıralarında xidmətə başlayıb. Seyidlər, Şayıflı, Şatarız və Nəcəflər kəndləri ətrafında döyüşlərdə iştirak edib.Müşfiqin son döyüşü 1993-cü il aprelin 10-da olub. Həmin gün düşmənə ağır və sarsıdıcı zərbə endirsə də, döyüşdə Müşfiq ağır yaralanıb. Üç gün ərzində döyüş dostları dağları, meşələri axtarsalar da, onu tapa bilməyiblər.Ermənilərlə rabitə əlaqəsinə girdikdə bəlli olub ki, Müşfiqin meyidi düşmən tərəfdədir.Uzun danışıqlardan sonra onun meyidi qaytarılıb. Məzarı Zəngilan şəhərindəki Şəhidlər Xiyabanındadır.
|
Məmmədov Bəhmən Alyar oğlu 1927-1992
|
Məmmədov Əhəd Həsənalı oğlu 1968-1994 Məmmədov Əhəd Həsənalı oğlu 1968-ci ildə Həkəri çayının sağ sahilində, Yenikənddə anadan olub. 1975-85-ci illərdə doğma kəndində orta təhsil alıb.Çağırış yaşı çatarkən rayon hərbi komissarlığının göndərişi ilə Naxçıvan Muxtar Respublikasında sürücülük üzrə kurs bitirib və Rusiya ərazisində sovet ordusunda ikillik hərbi xidmətdə olub.Zəngilana qayıdaraq qaz təsərrüfatı idarəsində sürücü işləyib. Əhalinin qaz təchizatı ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməklə yanaşı, o bir vətənpərvər kimi təşəbbüs göstərərək işdən sonra vaxtaşırı döyüş postlarına silah, sürsat və ərzaq çatdırıb.Sonra özü də silaha sarılaraq Kolluqışlaq, Ağkənd, Şərikan kəndlərinin müdafiəsi üçün ürəklə vuruşub.Rayonumuzun işğalından sonra Füzuli, Kəlbəcər istiqamətində düşmənlə qanlı savaşlara girib.1994-cü il aprelin 10-da Murovdağda şəhidlik zirvəsinə yüksəlib.Şirvan şəhərində dəfn edilib. |
Məmmədov Əlibaba Xürrəm oğlu 1973-1993 Məmmədov Əlibaba Xürrəm oğlu 1973-cü ildə Ağalı kəndində anadan olub.Əlibaba 1980-90-cı illərdə Ağalı kənd orta məktəbini bitirib.Bir ildən artıq müddətdə yerli təsərrüfatda- «Moskva» kolxozunda çalışıb.1992-ci ilin mayında başlanan hərbi xidməti dövründə rayonumuzun Kolluqışlaq, Günqılşaq, Şayıflı kəndlərinin müdafiəsində dayanıb, silahdaşları ilə ermənilərin təxribatlarının, hücumlarının qarşısını alıb.O, erməni silahlı birləşmələrinin Cəbrayıl rayonunun Dərzili, Qumlaq kəndləri istiqamətindən Zəngilana hücumunun qarşısının alınmasında iştirak edib. Rayon polisinin əməkdaşları ilə birgə düşmən tanklarının önündə sipər kimi dayanaraq qumbaraatanı ilə onların bir neçəsinin vurulmasında iştirak edib.1993-cü ildə şəhid olub. 1994-cü ilin yanvarında şəhidlik statusu alıb.
|
Məmmədov Elşən Nüsrət oğlu 1971-1994 Məmmədov Elşən Nüsrət oğlu 1971-ci ildə Bartaz kəndində anadan olub. 1988-ci ildə İ.Sayılov adına kənd orta məktəbinin onuncu sinfini bitirib. Kəndlərindəki «Qızıl qaya» kolxozunda əmək fəaliyyətinə başlayıb. Gənclik həvəsi ilə çalışaraq doğma təsərrüfatın inkişafına ilk töhfələrini verib, 1989-cu il dekabr ayının 1-də həqiqi hərbi xidmətə gedib. Rusiya Federasiyasının Murmansk şəhərində hərbi dəniz donanmasında üçillik əsgəri qulluqda olub. 1992-ci ilin iyun ayında doğma Bartaz kəndinə qayıdıb və özünümüdafiə batalyonuna üzv yazılıb. Rayonumuzun Şükrətaz, «Qanlı ağac» yüksəklikləri, Ağdamın Qarvənd, Tərtərin Top- Qaraqoyunlu, Füzulinin Horadiz və Seyidəhmədli kəndləri uğrunda vuruşub.Son döyüşündə ağır sarsıntı keçirərək hərbi hospitala göndərilib. Müalicəsi lazımı səmərə vermədiyindən 1994-cü ilin fevral ayının 26-da şəhidliyə qovuşub. Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
|
Məmmədov Fəxrəddin Gülməmməd oğlu 1960-1994 Məmmədov Fəxrəddin Gülməmməd oğlu 1960-cı ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Litva Respublikasının Vilnüs şəhərinə hərbi xidmətə göndərilib. Hərbi xidməti başa vurduqdan sonra "Dəmir yolu nəqliyyatı "üzrə təhsil alaraq Mincivan Dəmir Yol idarəsində maşinist kimi çalışıb. Ailə həyatı qurduqdan sonra Bakı şəhərinə köçür. Qarabağda gedən savaşlar, doğma Zəngilanın darda olması ona rahatlıq vermir. 1993-cü ilin payızında könüllü olaraq Milli Ordu sıralarına yazılıb. Binəqədi Batalyonu tərkibində Ağdərə rayonu uğrunda gedən göyüşlərdə fədakarcasına iştirak edib. 1994-cü il Yanvar ayının 5-də Xocavənd rayonunun Nərgiztəpə kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
|
Məmmədov Fehruz Məhərrəm oğlu 1970- . . . Məmmədov Fehruz Məhərrəm oğlu 1970-ci ildə Şayıflı kəndində anadan olub. 1987-ci ildə Şayıflı kənd orta məktəbində təhsilini başa vuraraq ordu sıralarında xidmətə gedib. O, könüllü olaraq torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə girərək sərhəd kəndlərimizin müdafiəsində mərdliklə iştirak edib. Düşmən 10 dekabr 1992-ci ildə Seyidlər postuna hücum edərkən həmin postda qərarlaşan 12 nəfər əsgərimiz, eləcə də onlardan biri olan Fehruz naməlum şəraitdə itgin düşüb. 2002-ci ilin oktyabr ayından şəhidlik statusu təsdiqlənib.
|
Məmmədov Firdovsi Xeyrulla oğlu 1961-1991
|
Məmmədov Məmməd İlyas oğlu 1970-1993 Məmmədov Məmməd İlyas oğlu 1970-ci ildə Vənətli kəndində anadan olub.Məmməd 1977-87-ci illərdə qonşu Tiri kənd orta məktəbini bitirib. Qaynaqçı ixtisasına yiyələnmək üçün rayonumuzdakı 144 nömrəli texniki peşə məktəbində bir il təhsil alıb. Növbəti kursa başlarkən sovet ordusu sıralarına çağırıldığından təhsili yarımçıq qalıb.Krımda əsgəri qulluqda olub. Hərbi tibbi xidmət üzrə məktəb bitirərək Zəngilana dönüb.Rayonumuzda sərhədboyu kəndlərdə, eləcə də Qubadlı və Cəbrayılda düşmənə dəyanətlə müqavimət göstərən mərd oğullarımızın sırasında vuruşub.1993-cü il avqust ayının 25-də Kolluqışlaq kəndində ermənilərlə döyüş zamanı şəhid olub. Məzarı Zəngilan şəhərinin Şəhidlər Xiyabanındadır.
|
Məmmədov Müqabil Səfəralı oğlu 1972-1994 Məmmədov Müqabil Səfəralı oğlu 15 noyabr 1972-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. Alıbəyli kənd orta məktəbini bitirdikdən sonra Sovet ordusunda hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra rayonda yaradılmış batalyonda tağım komandirinin müavini olub. 1992-ci ildən Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli rayonlarında döyüşlərdə iştirak edib.1994-cü il yanvarın 8-də Füzuli rayonunun Qorqan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. |
Məmmədov Mürvət Mürşüd oğlu 1957-1993 Məmmədov Mürvət Mürşüd oğlu 1957-ci ildə Qədim Azərbaycan torpağında - Qafan rayonunun Siznək kəndində anadan olub. Sonra ailəsi köçərək rayonumuzun 30-cu kilometr qəsəbəsində məskunlaşıb. Bu səbəbdən Mürvət qonşu Bürünlü kənd natamam orta məktəbində təhsil alıb.1975-77-ci illərdə RSFSR-in Sverdlovsk şəhərində hərbi xidmətdə olub.Sonra Bakıda mexanizator-traktorçu kursu bitirib. Kəndə dönərək dəmiryol tikinti-təmir idarəsində mexanizator işləyib.Orduya xidmət edən ”Ural” markalı avtomaşınla Qazançı, Şərikan, Günqışlaq postları və digər zəruri məqsədlər üçün yüklər, canlı qüvvə daşıyıb.1993-cil fevralın 13-də şaxtalı qış gecəsində posta yük çatdırıb geri dönərkən şəhid olub.Məzarı Zəngilan şəhər qəbristanlığındadır.
|
Məmmədov Musa Balakişi oğlu 1925-1992
Məmmədov Musa Balakişi oğlu 1925-ci ildə Zəngilan rayonunun Şərikan kəndində anadan olub. |
Məmmədov Pənah Məmməd oğlu 1965-1992
|
Məmmədov Ramazan Cəbrayıl oğlu 1967-1993 Məmmədov Ramazan Cəbrayıl oğlu 1967-ci ildə Zəngilan şəhərində anadan olub. 1974-84-cü illərdə 1 saylı şəhər orta məktəbini, 1985-ci ildə Sumqayıtda 85 saylı Texniki Peşə Məktəbini bitirib.Sonra sovet ordusunda əsgəri xidmətdə olub. Rayona qayıdaraq tədakür kontorunda satıcı işləyib.1992-ci ilin aprelindən yenidən əsgər həyatı yaşamağa başlayıb. Milli Ordumuzun tərkibində Bartaz kəndinin, Şükrətaz yüksəkliyinin qorunmasında iştirak edib.1993-cü ilin oktyabr ayının 25-dən Cəbrayıl rayonu istiqamətindən hücum edən düşmən qüvvələrini qarşılayan tağımın tərkibində vuruşub. Son döyüşündə mühasirəyə düşməmək üçün mövqeyini dəyişərkən ağır güllə yarası alaraq oktyabr ayının 27-də şəhid olub. Zəngilanda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
|
Məmmədov Ramiz Telman oğlu 1973-1992 Məmmədov Ramiz Telman oğlu 21 may 1973-cü ildə Zəngilan rayonunun Ağbənd kəndində anadan olub.1990-cı ildə kənd orta məktəbini bitirib |
Məmmədov Səhyəddin Vaqif oğlu 1975-1994 Məmmədov Səhiyəddin Vaqif oğlu 1975-ci ildə Rəbənd kəndində anadan olub. Doğulduğu kənddə səkkizillik təhsil aldıqdan sonra 1992-ci ildə Yenikənd kənd orta məktəbini bitirib.Sıravi kolxozçu kimi əmək fəaliyyətinə başladığı ilk aylarda Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınaraq Milli Orduda xidmətə göndərilib. Rayonumuzun əksər sərhədboyu ərazilərində erməni quldur dəstələrinin hücumlarının qarşısının alınmasında fəal iştirak edib. 1994-cü il yanvarın 7-də Füzuli rayonunun Şükürbəyli kəndi uğrunda döyüşdə başından yaralanaraq şəhid olub. Silahdaşlarının verdiyi məlumata görə, Beyləqan rayonunun «Peyğəmbər» adlanan qəbristanlığında dəfn edilib. Lakin sonralar məzarının yerini dəqiqləşdirmək mümkün olmadığından itkin hesab olunub.1995-ci ildən şəhidlik statusuna malikdir.
|
Məmmədov Səməd Rəhim oğlu 1963-1994 Məmmədov Səməd Rəhim oğlu 1963-cü ildə Zəngilan şəhərində anadan olub. 1970-80-cı illərdə 1 saylı şəhər məktəbində orta təhsil alıb. Hərbi qulluğunu Qazaxıstan Respublikasında keçirib.1983-cü ildə Vətənə qayıdıb, rayondakı konserv zavodunda çilingər işləyib.1992-ci ildə Bakı şəhərinə gələrək bir ilə yaxın müddətdə 48 nömrəli mənzil-istismar sahəsində çalışıb. 1993-cü ilin okytabrında Milli Orduda xidmətə göndərilib.Murovdağ yüksəkliklərində 1994-cü il yanvar ayının 26-da şəhid olub.Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
|
Məmmədov Səyavuş Əli oğlu 1972 - . . .
|
Məmmədov Teymur Məmməd oğlu 1974- . . . Məmmədov Teymur Məmməd oğlu 1974-cü ildə Seyidlər kəndində anadan olub. 1989-cu ildə kənddə natamam orta məktəbi bitirib. 1989-1992-ci illərdə 144 nömrəli Zəngilan Rayon Peşə Məktəbində ixtisas qazanıb.Bir ay keçməmiş ordu sıralarına çağırılıb. Əvvəlcə rayonumuzda, sonra isə Qubadlı, Cəbrayıl və Füzulidə torpaqlarımızın müdafiəsinə qalxan mərd oğullarla çiyin-çiyinə erməni işğalçılarına qarşı döyüşüb.1994-cü ilin yanvar ayının 10-da Füzuli rayonunun Qorqan kəndi uğrunda gedən döyüşdə itgin düşüb. Həmin ildən şəhidlik statusuna malikdir.
|
Məmmədov Vahid Hilal oğlu 1970-1993 Məmmədov Vahid Hilal oğlu 1970-ci ildə Tatar kəndində anadan olub. Cahangirbəyli kənd orta məktəbini bitirdikdən sonar Naxçıvanda sürücülük kursunda oxuyub. Orta təhsilini başa vuraraq sovet ordusu sıralarına hərbi xidmətə gedib. Əsgəri qulluğunu Rusiya Federasiyasının Udmurtiya Muxtar Respublikası ərazisində yerinə yetirib. Əsgəri qulluqdan qayıdan kimi “Kommuna ” kolxozunda işə götürüblər. 1992-ci ilin mart ayında Milli Orduda xidmətə çağırılıb. Artilleriya diviziyasında silahdaşları ilə birlikdə düşmənin onlarla atəş nöqtəsinin məhv edilməsinə nail olub.1993-cü ilin oktyabrında Cahangirbəyli kəndi yaxınlığında aldığı güllə yaralarından şəhid olub. Bakıda, I Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
|
Məmmədov Zülfüqar Fazil oğlu 1932-1992
|
Məmmədova Teyfə Canməmməd qızı 1940-1992
|
Mikayılov Sabir Əhməd oğlu 1968-1994 Mikayılov Sabir Əhməd oğlu 1968-ci ildə Dərə Gilətağ kəndində anadan olub.. Orta məktəbin 8-ci sinfini bitirərək Naxçıvanda sürücülük kursunda təhsil alıb.1986-cı ildə sovet ordusunda xidmətə çağırılıb. Qulluğunun əvvəlini Ukraynada, avamını isə Çita şəhərində keçirib.Qayıdaraq Bakı Gəmi Təmiri Zavodunda işə düzəlib.1991-ci ilin mart ayında Səbail rayon hərbi kommissarlığına gedərək Milli Orduda xidmət etmək arzusunda olduğunu bildirib. Müraciətini nəzərə alıb xüsusi təyinatlı hərbi hissəyə göndəriblər. Son dərəcə cəsarətli və yurdsevər olan Sabirin cəbhə həyatı Şuşa və Laçının müdafiəsindən başlanıb. Tankla çevik manevrlər etməsi, hədəfləri dəqiq vurması ilə düşmənin qəniminə çevrilib. Sonra Zəngilanın, Qubadlının, Cəbrayılın müdafiəsində hünərini göstərib. Rəsmi sənədlərdə qeyd olunub ki,o, tankı ilə Cəbrayıl rayonunun Minbaşlı kəndində düşmənin iki ədəd T-72 tankını, 8 əsgərini, Qubadlının Ulaşlı kəndində bir ədəd zirehli döyüş maşınını, Çərəli və Ballıqaya kəndlərində isə soyğunçuluğa gələn ermənilərlə birlikdə 3 yük maşınını məhv edib.Zəngilanın süqutundan sonra qardaşı Novruzla çiyin-çiyinə Kəlbəcərdə döyüşüb.1994-cü il martın 8-də Murovdağda qəlpə yarasından şəhid olub. Sumqayıtda, Şəhidlər Xiyabanında dəfn edilib.
|
Möhsümov Qasım İsa oğlu 1969-1993 Möhsümov Qasım İsa oğlu 1969-cu ildə Zəngilan şəhərindəanadan olub., orta təhsilini də burada alıb. Rusiya Federasiyasının Yakutiya vilayətində hərbi qulluqda olub. Qayıdaraq rayon istehlak cəmiyyətinin qarajında çilingər işləyib. Ermənilərin basqınları 1992-ci ilin 8 dekabrında yenidən onu əsgər şineli geyməyə məcbur edib. Kolluqışlaq kəndində, igid komandir Baloğlan Süleymanovun tağımında, sonra isə Qubadlı rayonunun Mahruzlu, Həmzəli, Zilanlı, Cəbrayılın Çərəkən, Ağdamın Şelli, Füzulinin Civarlı kəndlərində döyüşlərin iştirakçısı olub. Civarlıda düşmən mərmisindən yanan evdə 2 körpəni xilas edərkən ağır yaralanaraq 20 gün müalicə alıb.1993-cü ilin 25 oktyabrında müşahidə məntqəsindən izlədiyi Cəbrayıl rayonu istiqamətində döyüşdə bir düşmən tankını məhv edib və bu zaman şəhid olub.
|
Muradov Cümşüd Valeh oğlu 1970-1994 Muradov Cümşüd Valeh oğlu 1970-ci ildə Məmmədbəyli kəndində anadan olub. 1987-ci ildə kənd orta məktəbini bitirdikdən sonra Naxçıvan şəhərində avtomobil məktəbində sürücülük sənətinə yiyələnib.1989-91-ci illərdə hərbi xidmətini Çexoslovakiyada keçirib.1992-ci ilin aprel ayında könüllü olaraq Milli Orduya yazılaraq torpaqlarımızın erməni quldur dəstələrindən qorunması uğrunda döyüşlərdə iştirak edib.Rayonumuzun Kolluqışlaq, Rəzdərə, Quyudərə Xəştab, Yeməzli və s. sərhəd kəndlərinin hərbi postlarında keşikdə dayanıb.1994-cü ilin fevralın 1-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda döyüşdə şəhid olub. Bakının Maştağa qəsəbəsində dəfn olunub.
|
Mustafayev Xaliq Seyidəli oğlu 1965-1994
|
Nağıyev Balağa Sabir oğlu 1966-1993
|
Nağıyev Əsgər Vəli oğlu 1969-1993
|
Namazov Məhyəddin Şükür oğlu 1974-1994 Namazov Məhiyəddin Şükür oğlu 1974-cü ildə Dərə Gilətağ kəndində anadan olub. 1992-ci ildə Vənətli kənd orta məktəbini bitirib.Sənədlərini Bakı Ali Hərbi məktəbinə verib. İmtahanlardan uğurla keçib və tələbə adını qazanıb.İkinci kursun başlanğıcında səfərbərliyə alınaraq Füzuli bölgəsinə döyüşlərə göndərilib. Düşmən hücumlarının qarşısını almaq üçün bir neçə qarşıdurmada iştirak edən Məhiyəddin 1994-cü il may ayının ilk günlərində ağır yaralanıb.Təcili olaraq Bakıya hərbi hospitala çatdırılıb. Onun xilası üçün həkimlər bir aya yaxın müddətdə operativ müalicə və cərrahi müdaxilələr ediblər. 1994-cü il may ayının 27-si şəhid olub.Sumqayıtda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
|
Nəcəfov Pərviz Qabil oğlu 1979-1992 Nəcəfov Pərviz Qabil oğlu 1979-cu ildə Zəngilan rayonunun Qaragöl kəndində anadan olub. 1985-ci ildə birinci sinfə daxil olub. 1992-93-cü dərs ilində Qaragöl kənd orta məktəbinin səkkizinci sinfində oxuyub. 5 noyabr 1992-ci ildə erməni təcavüzkarlarının atdığı top mərmisi onların evinə düşüb və şəhid olub Məzarı Qaragöz kənd qəbristanlığındadır. |
Nəcəfov Qabil Abbas oğlu 1939-1992
Nəcəfov Qabil Abas oğlu 1939-cu ildə Zəngilan rayonunun Nəcəflər kəndində anadan olub. 1968-ci ildə Naxçıvan Pedoqoji Texnikumunu bitirib. Həmin ildən Zəngilan rayonunun Gəyəli, Şayıflı və Qaragöl kənd məktəblərində müəllim işləyib.. Ərazinin təhsil işçiləri arasında ictimai fəallığı ilə seçilirdi.5 noyabr 1992-ci ildə şəhid olub.Qarağöl kənd qəbristanlığında torpağa tapşırılıb. |
Nərimanov Elşad Əvəz oğlu 1967-1993 Nərimanov Elşad Əvəz oğlu 1967 –ci ildə Zəngilan şəhərində anadan olub. 1974-1984-cü illərdə 1 nömrəli şəhər orta məktəbini bitirib. SSR-nin şimalında Arxangelsk vilayətində qərarlaşan hərbi dəniz donanamasında qulluq edib. Aylarla sualtı qayıqlarda səfərlərə çıxan Elşad həmin dövrdə idmanın karate növünü mənimsəyib.1987-ci ildə ordudan tərxis olunaraq Bakı Dəmiryol Nəqliyyatı Texnikumunda təhsil alıb. Rayona gələrək Mincivan dəmiryol distansiyasında çalışıb.1993-cü ilin iyununda Zəngilan Rayon Polis şöbəsində post patrul xidməti rotasının bölmə komandiri kimi xidmətə başlayıb. 1993-cü il oktyabr ayının 25-də Cəbrayıl rayonunun Dərzili kəndi yaxınlığında döyüşdə naməlum şəraitdə itkin düşüb.1997-ci ildə ona şəhidlik verilib.
|
Nəsibov Emin Famil oğlu 1971-1993 Nəsibov Emin Famil oğlu 1971-ci ildə anadan olub. Zəngilanı xəyanətkar erməni quldur dəstələrinin hücumlarından qoruyan Milli Ordumuzun döyüşçüləri və rayon polis şöbəsinin əməkdaşları 1993-cü ilin aprel ayında uğurlu hərbi əməliyyat apararaq rayonun ərazisini daim atəş altında saxlayan ermənilərin bir neçə strateji əhəmiyyətli məntəqəsini, eləcə də oradakı silah-sursatını və hərbi texnikasını qənimət olaraq ələ keçirərkən düşmənin «T-72» tankını Zəngilan şəhərinin mərkəzinə gətirən tağım komandiri Emin Nəsibov əsl qəhrəman kimi qarşılanıb. Həmin il oktyabr ayının 25-də Cəbrayıl rayonu istiqamətində döyüşçülərimiz tərəfindən vurulmuş, ermənilərin içərisindən çıxıb qaçdıqları növbəti tankı gətirmək üçün yenidən qorxmazlığını göstərərək, döyüş mövqeyinə girən Emin bu dəfə düşmən gülləsinə tuş gəlib. Yalnız bir gün sonra onun meyitini oradan götürmək mümkün olub. Zəngilan şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib.
|
Nəsirova Nabat Balakişi qızı 1932-1992
|
Niftəliyev Əli Rəhman oğlu 1973-1993 ![]()
Niftəliyev Əli Rəhman oğlu 1973- cü ildə Mincivan qəsəbəsində anadan olub. 1979-87-ci illərdə qəsəbədəki 36 nömrəli məktəbin 8-ci sinfini bitirib və həmin il Bakı Dəmiryol Nəqliyyatı Texnikumuna daxil olub. Texnikumu bitirdikdən sonra təyinatla Mincivan Vaqon Müayinə Məntəqəsinə işə göndərilib. 1992-ci ilin yayınadək burada çalışıb. Milli Orduya yazılıb.23 avqust 1993-cü il tarixdə Cəbrayıl rayonunun müdafiəsi zamanı yaralanaraq itkin düşüb.
|
Novruzov Eynur Çapay oğlu 1970-1993 Novruzov Eynur Çapay oğlu 1970-ci ildə Zəngilan şəhərində anadan olub. 1985-ci ildə şəhər orta məktəbinin 8-ci sinfini bitirərək sənədlərini rayondakı 144 nömrəli peşə məktəbinə verib. 1988-ci ildə orada təhsilini başa vuraraq, traktorçu mexanizator ixtisası qazanıb.Həmin ilin sonlarında sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. 1990-cı ildə Macarıstanda əsgəri qulluqdan Vətənə dönərək Bakı Gəmiçilik İdarəsində işləyib.Milli Orduya yazılaraq torpaqlarımızın müdafiəsində dayanıb. Döyüş yolu Dərəlidən, Qazançıdan, Rəzdərədən, Yeməzlidən, başqa sərhədboyu kəndlərimizdən keçib.Minaatanlar batareyasının tərkibində Ağdam, Füzuli rayonlarında düşmənə qarşı vuruşub.1993-cü il oktyabr ayının 24-də Cəbrayıl şəhərinin müdafiəsi uğrunda gedən döyüşdə itkin düşüb.Zəngilan Rayon Məhkəməsinin 28 yanvar 2003-cü il tarixli qətnaməsi ilə ona şəhidlik statusu verilib.
|
Novruzov Sahib İsrafil oğlu 1964-1992
Novruzov Sahib İsrafil oğlu 1964-cü ildə Şayıflı kəndində anadan olub. 1981-ci ildə kənd orta məktəbini bitirib, sənədlərini Azərbaycan Neft - Kimya İnstitutuna verib və tələbə olub. 1986-cı ildə ali təhsilini tamamlayan kimi təyinatla Özbəkistanın Cizak şəhərinə gedərək mühəndis - texnoloq işləyib. Orada ordu sıralarına çağırılıb. Hərbi xidmətdən sonra Şayıflıya qayıdıb və sovxozda mühəndis işləyib. Yaranmış vəziyyətlə əlaqədar Milli Orduda əvvəlcə tağım komandiri, sonra isə rota komandiri olub.10 dekabr 1992-ci ildə şəhid olub.Bakıda I Şəhidlər Xiyabanında dəfn edilib.
|
Nuriyev Elnur Eyvaz oğlu Azərbaycanın Milli Qəhrəmanı
|
Nuriyev Nurəddin Azad oğlu 1973-1994 Nuriyev Nurəddin Azad oğlu 1973-cü ildə Babaylı kəndində anadan olub. Nurəddin 1990-cı ildə orta təhsilini tamamlayaraq Bakıdakı 14 nömrəli texniki peşə məktəbində çilingərlik üzrə kurs keçdi. Silaha sarılıb Zəngilanı müdafiə edən alayın sıralarında yer alıb və sərhəd kəndlərimizin müdafiəsində bir-birindən ağır sınaqlardan keçdi.Füzuli bölgəsinin yadellilərdən qorunmasında iştirak edib.1994-cü il yanvar ayının 19-u Füzuli rayonunun Qorqan kəndinin müdafiəsi döyüşlərində sol baldırını dərib keçən güllə yarasından şəhid olub.Bakıda II Şəhidlər Xiyabanınında dəfn edilib.
|
Ömərov Fazil Nəriman oğlu 1973-1993
Ömərov Fazil Nərimanoğlu 1973 –cü ildə Quba rayonu Cimi kəndində anadan olub. 1993-cü il 23 martda Zəngilan rayonunun müdafiəsi uğrunda şəhid olub.
|
Orucov Elşən Zülfüqar oğlu 1974-1993
|
Paşayev Sabir Əziz oğlu 1969- . . . Paşayev Sabir Əziz oğlu 1969- cu ildə Zəngilan şəhərində anadan ollub.. 1976-86-cı illərdə 1 nömrəli şəhər məktəbində orta təhsil alıb.1987-ci ildə imtahanlar səddini müvəffəqiyyətlə keçərək İnşaat Mühəndisləri İnstitutunun qiyabi şöbəsinə qəbul olunub.Elə həmin il orduya xidmətə çağırılıb. Əsgəri borcunu respublikamızda yerinə yetirərək Zəngilana serjant rütbəsində qayıdıb. 1990-cı ilin avqust ayında Zəngilan Rayon Milis Şöbəsinə xidmətə qəbul edilib. Nümunəvi qulluğu, bacarığı ilə seçilən Sabir həmin ilin sonunda milis leytenantı rütbəsi verilməklə Məmmədbəyli kəndini və Həkəri stansiyasını əhatə edən mürəkkəb əraziyə sahə müvəkkili təyin edilib.Gənc sahə müvəkkili nəinki nəzarətindəki ərazidə asayişin təmin edilməsinə nail olub, eləcə də ermənilərə qarşı döyüşlərdə həmişə aparıcı mövqedə dayanıb.1993-cü il oktyabr ayının 25-də Cəbrayıl rayonu istiqamətindən hücum edən düşmənə qarşı ağır müdafiə döyüşü aparılarkən itgin düşüb.1995-ci ilin martında şəhidlik statusu verilib.
|
Qasımov Faiq Məmmədyar oğlu 1971-1993 8 yanvar 1993-cü ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. |
Qafarov Səyyaf Ətabba oğlu 1970-1993 Qafarov Səyyaf Ətabba oğlu 1970-ci ildə Mincivan qəsəbəsində anadan olub. 1987- ci ildə 2 saylı qəsəbə orta məktəbini bitirib. Rayondakı 144 saylı texniki peşə məktəbində traktorçu-maşinist ixtisası qazanıb. 1988-1990-cı illərdə Primorsk vilayətində hərbi xidmətini başa vuraraq rayona qayıdıb və Mincivan qəsəbəsindəki beton zavodunda fəhlə işləyib. 1992-ci il mayın 11-də özünümüdafiə batalyonuna yazılıb. Rayonun Ermənistanla həmsərhəd Sobu, Qazançı, Nəcəflər kəndlərində və Şükrətaz yüksəkliyindəki postlarda xidmət edib.1993-cü il iyunun 28- də şəhid olub. Mincivan qəsəbəsində dəfn edilib.
|
Qafarov Xanlar İsbət oğlu 1973-1993 Qafarov Xanlar İsbət oğlu 1973-cü ildə Biləsuvar rayonu, İsmətli kəndində anadan olub. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 10 aprel 1993-cü ildə şəhid olub.
|
Qaraşov Hüseyn Bəylər oğlu 1953-1993 Qaraşov Hüseyn Bəylər oğlu1953-cü ildə Fərəcbəyli kəndində anadan olub.1970- ci ildə Şayıflı kənd orta məktəbində təhsilini başa vurduqdan sonra hərbi xidmətini Rusiyanın ucqar Xabarovsk şəhərində yerinə yetirib. Qayıdaraq Ermənistanın Qafan rayonunda avtomobil sürücüləri kursunu bitirib.1987-ci ilə qədər Qafan rayonunda işləyib. Qarabağ münaqişəsinin başlandığı ilk aylarda onu işdən azad ediblər. Qaçqın kimi Zəngilan rayonuna gəlib və sürücü işləyib. 30-cu kilometrdə təşkil olunan özünümüdafiə batalyonuna üzv yazılıb.Burada bir neçə ay qulluq etdikdən sonra sürücü kimi onu Şükrətaz postuna, daha sonralar isə Sobu kəndindəki posta dəyişiblər. Çətin dağ yolları ilə daim hərbi və digər təyinatlı yüklər daşıyaraq döyüşçülərin ehtiyaclarını ödəyən Hüseyn Qaraşovun avtomobili 1993-cü il iyun ayının 28-də Sobu məntəqəsindəki postdan qayıdarkən qəzaya uğrayıb və aldığı ağır xəsarətdən şəhid oub. Zəngilan şəhər Şəhidlər Xiyabanında dəfn edilib
|
Qarayev Vüqar Kamal oğlu 1973-1993 Qarayev Vüqar Kamal oğlu1973-cü ildə Kolluqışlaq kəndində anadan olub. Kolluqışlaq kəndində ibtidai məktəbi bitirdikdən sonra,1989-cu ildə Rəzdərə kənd məktəbində orta təhsilini başa vurub.1990-cı ildə Bakı şəhərinin Binə qəsəbəsindəki 10 nömrəli peşə məktəbinə qəbul olub və bu təhsil müəssisəsini “qaynaq işlərinin texnologiyası və “C” kateqoriyalı sürücü” ixtisaslarına yiyələnməklə bitirib. Sonra səfərbərliyə alınaraq Türkmənistan Respublikasına, sovet ordusu sıralarına xidmətə göndərilib. Sovetlər Ittifaqının dağılması səbəbindən əsgəri qulluğunun bir ili tamam olarkən Azərbaycana qayıdıb. Xidmətini doğma kəndində Milli Ordu sıralarında davam etdirib. 1992-ci ilin iyun ayında sağ çiynindən yaralanıb və hospitalda müalicə olunaraq yenidən Kolluqışlağı qoruyan oğulların sırasında yer alıb. Bir il müddətində çoxsaylı döyüşlərdə iştirak edib.1993-cü il may ayının 17- də aldığı güllə yarasından şəhid olub. Məzarı Zəngilan şəhərinin Şəhidlər Xiyabanındadır.
|
Qasımov Azər Vaqif oğlu 1975-1994 Qasımov Azər Vaqif oğlu 1975-ci il yanvarın 28-də Dəlləkli kəndində anadan olmuşdur. Sumqayıtda yerləşən 18 nömrəli orta məktəbi qurtardıqdan sonra, S.Hacıbəyov adına Sumqayıt musiqi texnikumuna qəbul edildi. Üçillik təhsilini əla qiymətlərlə başa vurub, orduya getdi. 1994-cü il fevralın 18-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə həlak oldu. Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.
|
Qasımov Etibar Əsgər oğlu 1969-1993 Qasımov Etibar Əsgər oğlu1969-cu ildə Ördəkli kəndində anadan olub.1983-cü ildə Şəfibəyli kənd orta məktəbinin səkkizinci sinfini bitirərək sənədlərini Bakıda M.Ə. SAbir adına Pedoqoji Texnimuma verib.Texnikumu qurtardıqdan sonra təyinatla rayonun Dəlləkli kəndində müəllim işləyib.1989-cu ildə sovet ordusuna hərbi xidmətə çağırılıb.1991-ci ildə xidmətini başa vuraraq Vətəninə dönüb və Qaragöz kənd orta məktəbinə hərbi müəllim təyin olunub. Sonra Respublika Prezidentinin Fərmanı ilə yenidən hərbi xidmətə çağırılıb. 27 avqust 1992-ci ildən sərhəd kəndlərimizdə hərbi qulluğunu yerinə yetirib. Rəzdərə, Kolluqışlaq, Şatarız kəndlərində döyüşüb. Xidmətinin son aylarını ermənilərin daim atəş altında saxladığı Kolluqışlaq kəndində keçirib. Silahdaşları ilə birgə daim düşmən həmlələrinə sarsıdıcı əks-zərbələrlə cavab verib.17 may 1993-cü ildə posta gedərkən düşmənin atdığı tank mərmisindən şəhid olub. Məzarı Zəngilan şəhərinin Şəhidlər Xiyabanındadır.
|
Qasımov Baloğlan Məhəmməd oğlu 1958-1992
1992-ci ilin avqustunda-yeni dərs ilinin başlanması ərəfəsində məzuniyyətini götürüb ata yurduna-Şayıflı kəndinə gedib. 22 avqust 1992-ci ildə düşmənin atdığı top mərmisi evlərinə düşmüş, ata və oğul şəhid olublar. Şayıflı kənd qəbiristanlığında dəfn olunub. |
Qasımov Məhəmməd İsa oğlu 1936-1992
|
Qədimquliyeva Səkinə Malikəjdər qızı 1906-0992
1941-1945-ci illər müharibəsi dövründə övladlarının qayğısını təkbaşına çəkib. Həyat yoldaşı Əli müharıbədən ağır yara alaraq geri dönüb və bir neçə ildən sonra dünyasını dəyişib.
|
Qəhrəmanov Hikmət Qürbət oğlu 1975-1994 ![]() Qəhrəmanov Hikmət Qürbət oğlu 1975-ci il iyulun 21-də Mincivan rayonunda anadan olub. Mincivan qəsəbəsində, M.Əsədov adına məktəbdə orta təhsil alıb. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Mincivan rayon dəmiryol tikintisi sahəsində işləmişdir. 1992-ci ildə Milli Ordu sıralarına hərbi xidmətə çağırılıb .Əsgəri borcunun ilk aylarını Bakı şəhərində yerləşən hərbi hissədə keçirib, sonra Füzuli rayonunun döyüş bölgələrinə ezam olunub. Bu rayonun Kürdmahmudlu, Alıxanlı, Əhmədbəyli və Qaraxanbəyli kəndlərində döyüşlərdə iştirak edib. Daim çiynində gəzdirdiyi minaatanı ilə düşmən tanklarını məhv edib. 1994-cü il mayın 11-də Tərtər rayonunun Qapanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Bakıda "Şəhidlər xiyabanı"nda dəfn edilmişdir. |
Qəhrəmanov Samiq Məhəmməd oğlu 1971-1992
|
Quliyev Aqil Mehralı oğlu 1969- . . . Quliyev Aqil Mehralı oğlu 1969-cu ildə Ağkənddə anadan olub və orta təhsilini də burada alıb.Zəngilan Rayon Polis şöbəsində sıravi polis kimi xidmətə başlayıb. Onu rayonun sərhəd kəndlərinin müdafiəsinə göndəriblər. Ağkənd, Gəyəli, Şərikan, sonra Kolluqışlaq, Rəzdərə kəndlərini qoruyan polis əməkdaşlarının sıralarında yer alıb.1993-cü ilin payızında Cəbrvayıl rayonu istiqamətində silahdaşları ilə birlikdə döyüşə girən Aqil Quliyev itkin düşüb. 2007-ci ildə şəhidlik statusu verilib.
|
Quliyev Aqil İsmayıl oğlu 1971-1995
O,rayonun Sobu kəndində, Süsən meşəsində, Qubadlının Bəşarat kəndində gedən döyüşlərdə iştirak edib.1993-cü ildə onu Bakı şəhərindəki hərbi məktəbə göndərillər.Hərbi məktəbi başa vurduqdan sonra “N” hərbi hissədə bir zabit kimi qulluq edib. 1994-cü ildə ermənilər Tərtər rayonuna basqın edərkən həmin bölgəyə göndərilib. |
Quliyev Elçin Cümşüd oğlu 1975-1994 Quliyev Elçin Cümşüd oğlu 1975-ci il sentyabrın 2-də Zəngilan rayonunun Vənətli kəndində anadan olub.1992-ci ildə kənd orta məktəbini bitirib, sənədlərini Qubadlı rayonundakı sürücülük kursuna verib. Həmin kursu başa vurduqdan sonra 1993- cü il oktyabrın 18-də Zəngilan rayon hərbi komissarlıq tərəfindən Vətənin müdafiəsinə çağırılıb. Hərbi xidmətinə Bakıdakı N saylı hərbi hissəsində başlayıb. Üç ay təlim məşqdən sonra Ağdam rayonunun Güllücə kəndi istiqamətindəki bölgəsinə göndərilib. Güllücə kəndi istiqamətində gedən döyüşlərdə əsgər yoldaşları ilə birlikdə bir düşmən postunu ələ keçiriblər. Növbəti postu ələ keçirmək üçün əlavə silah sursatı gətirmək lazım idi. Alınmış postdan geri qayıtmaq çox təhlükəli idi, çünki geri qayıdanda yolu düşmən yüksəklikdən asanlıqla görür, atəşə tuturdu. Elçin Quliyev 4 nəfər silahdaşları ilə birlikdə cəsarətlə silah gətirmək üçün geri qayıdıb. Sursatı maşına yığıb qayıdan zaman namərd düşmən tankı atəş açdıqda qəlpələrdən biri Elçin Quliyevin başından dəyib. 1994-cü il yanvarın 12-də Güllücə kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olub. Sumqayıtda Şəhidlər Xiyabanında dəfn edilib.Subay idi.
|
Quliyev Elman İsa oğlu 1956-1993 Quliyev Elman İsa oğlu 1956-cı ildə Zəngilan şəhərində anadan olub.1963-1973-cü illərdə Sumqayıtda orta təhsil alıb. 1974-cü ildə hərbi qulluğa gedib. Qayıtdıqdan sonra yenidən Zəngilana dönərək Rayon elektrik şəbəkəsində işə düzəlib. Erməni təcavüzü başlayarkən işləri çox təhlükəli məcraya düşüb. Vaxtaşırı işıq dirəklərini, naqilləri sıradan çıxararaq rayonu qaranlığa qərq edib vahimə yaratmağa çalışan ermənilərin aşırıb-qırdıqlarını bərpa edərkən dəfələrlə mərmi, güllə «yağışına» tutulub. 1993-cü ildəErmənilərin şəhərin mərkəzinə atdıqları mərmidən ağır yara alaraq şəhid olub. Zəngilan şəhər qəbiristanlığında dəfn olunub.
|
Quliyev Elşad Kamil oğlu 1969-1992
|
Quliyev Aydın Məmməd oğlu 1965-1993 Quliyev Aydın Məmməd oğlu 1965-ci ildə Şərikan kəndində anadan olub.Şayıflı kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarına gedib.Qayıdaraq Bakı energetika texnikumunda təhsil alıb.Məktəbi bitirərkən təyinatı Qazaxstanın Cambul vilayətinə verilib. 2 illik təyinat müddətini başa vuraraq Vətənə dönüb və Xəzər gəmiçiliyində elektrik peşəsi üzrə işə düzəlib. |
Quliyev Fəxrəddin Məmməd oğlu 1961-1993 Quliyev Fəxrəddin Məmməd oğlu 1961-ci ildə Şərikan kəndində anadan olub.Bürünlü kənd yeddiillik məktəbində təhsilini tamamladıqdan sonra Bakı şəhərində kondisioner zavodu nəzdində orta məktəbi və texniki peşə məktəbini bitirib. Elə həmin il ordu sıralarına gedib.Qayıdaraq teplovoz maşinistləri hazırlayan məktəbə qəbul olunub. Məktəbi uğurla başa vuraraq Mincivan dəmiryol deposunda teplovoz maşinistinin köməkçisi işləyib.Qardaşı Aydınla birlikdə 1991-1992-ci illərdə Şərikan, Seyidlər, Bürünlü kəndlərinin müdafiəsinə qalxıb.Döyüşlərdə göstərdiyi fədakarlığa görə hərbi hissənin 2-ci bölüm komandirinin təşəkkürünü alıb.1992-ci ilin avqust ayında ordu sıralarından buraxılıb. O, Biləcəri qəsəbəsinə gəlib və 4 saylı evtikmə kombinatında işə qəbul olunub. 1993-cü ilin noyabr ayının əvvəlində səfərbərliyə alınaraq cəbhəyə göndərilib. Beyləqan bölgəsində ağır döyüşlərin birində, 1993-cü ilin dekabr ayında şəhid olub. Bakıda I Şəhidlər Xiyabanında dəfn edilib. |
Quliyev İlham İmanqulu oğlu 1970- . . . Quliyev İlham İmanqulu oğlu 1970-ci ildə Orta yeməzli kəndində anadan olub. Orada ibtidai təhsil alıb.1981-88-ci illərdə Sarallı Xəştab orta məktəbini bitirib. Özbəkistan Respublikasında sovet ordusu sıralarında hərbi xidmətdə olub. Zəngilan Rayon Milis Şöbəsinə işə qəbul edilib. Rayonda asayişin qorunmasında, düşmən basqınlarının qarşısının alınmasında iştirak edib.1993-cü il oktyabrın 25-də Cəbrayıl rayonu istiqamətindən hücum edən erməni işğalçıları ilə döyüşdə 6 silahdaşı ilə birgə itkin düşüb. 2000-ci ilin sentyabr ayında Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə şəhidlik statusu rəsmiləşdirilib. |
Quliyev İlham Cahangir oğlu 1963-1994 Quliyev İlham Cahangir oğlu 1963-cü ildə Məlikli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi qulluğunu Rusiya Federasiyasının Arxangelsk şəhərində keçirib. Ordudan qayıdaraq 1978-1981-ci illərdə Bakıda 2 saylı texniki peşə məktəbində teplovoz maşinisti ixtisası qazanıb.Culfa Lokomativ Deposunda işə düzəlib. Vətən keşikçiləri sırasında yer alıb, sərhəd ərazilərimizin qorunmasında iştirak edib.1994-cü il may ayının 9-da Ağdamın Qarvənd kəndi ətrafında döyüşdə şəhid olub. Bakı şəhəri II Şəhidlər Xiyabanında dəfn olunub.
|
Quliyev Oruc Abbasqulu oğlu 1971-1993 Quliyev Oruc Abasqulu oğlu 1971-ci ildə Məmmədbəyli kəndində anadan olub.1988-ci ildə burada orta təhsilini alıb və sənədlərini Rusiyanın Saratov Ali Hərbi Zenit Raket Qoşunları məktəbinə verib.İmtahanlardan keçərək seçdiyi hərbi peşənin sirrlərini öyrənməyə başlayıb.Təhsilini 4-cü kursda dayandıraraq, Zəngilana qaydıb və əsgər mundiri geyinərək Vətənin keşikçiləri sırasında döyüşlərə atılıb. Ali hərbi məktəbdə aldığı bilikləri dəyərləndirərək onu zenit-raket taborunda əvvəlcə bölmə, sonra isə tağım komandiri təyin ediblər. 993-cü il dekabrin 28-də Ağdamın Salahlı kəndi uğrunda döyüşdə şəhid olub. Bakıda, I Şəhidlər Xiyabanında dəfn olunub.
|
Quliyev Ramazan Dünyamalı oğlu 1961-1993
|
Quliyev Rüstəm Qulu oğlu 1970-1993 Quliyev Rüstəm Qulu oğlu 1970- ci ildə Çöpədərə kəndində anadan olub. Bakı avtomobil hissələri zavodunda işləyib. Ancaq 1993-cü ilin ilk aylarında işğalçı erməni qoşunlarının hücumları güclənəndə döyüşən oğullarımızın sırasına keçib. Füzuli bölgəsində ağır müdafiə döyüşlərində iştirak edib.1993-cü il avqustun 23-ü Füzuli rayonunun Kürdmahmudlu kəndində düşmən tankı ilə üz-üzə gəlib, şəhid olub. Bakıda, II Şəhidlər Xiyabanında dəfn olunub.
|
Quliyev Yasif Alıqulu oğlu 1969-1994 Quliyev Yasif Alıqulu oğlu 1969-cu ildə Şayıflı kəndində anadan olub. 1986-cı ildə orta məktəbi bitirdikdən sonra hərbi qulluqda olub. Sonra dəmiryolçu peşəsinə yiyələnib. Bir müddət tikinti idarəsində işləyib.1990-cı ildən sərhədboyu ərazilərin müdafiəçiləri sırasında yer alıb. Beyləqan istiqamətindən başlayan hücum zamanı Horadiz qəsəbəsinin, Arayatlı, Şükürbəyli, Kərimbəyli və Aşağı Seyidəhmədli kəndlərinin alınmasında fərqlənib.1994-cü il yanvar ayının 19-u Seyidəhmədli kəndi uğrundakı döyüşlərdə qumbaraatan götürərək daha da irəli gedib şəhid olub. Bakıda, II Şəhidlər Xiyabanında dəfn edilib.
|
Quliyev Yusif Fərman oğlu 1961-1995 Quliyev Yusif Fərman oğlu 1961-ci ildə Məşədiismayıllı kəndində anadan olub. 1968-ci ildə həmin kənddə ibtidai sinfində, 1971-1976-cı illərdə Rəzdərə kənd səkkizillik məktəbində, 1976-1978-ci illərdə Şəfibəyli kənd orta məktəbində təhsil alıb. 1978-ci ildə Naxçıvan şəhərində sürücülük məktəbini bitirib. Bir il sonra hərbi xidmətə çağırılıb.Həştərxan vilayətində SSRİ silahlı qüvvələrində ikillik əsgəri qulluqda olub.1993-cü ildə Milli Orduya xidmətə çağırılıb. Məcburi köçkün düşdükdən sonra Füzuli rayonunun Horadiz qəsəbəsinin alınmasında iştirak edib. 1995-ci il yanvarın 26-da həmin qəsəbədə minaya düşərək şəhid olub. Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
|
Quliyev Zakir İsmayıl oğlu 1968-1994 Quliyev Zakir İsmayıl oğlu 1968-ci ildə Aşağı Yeməzli kəndində anadan olub.Qonşu Sarallı Xəştab kənd orta məktəbini bitirdikdən sonra Rusiya Federasiyasınını Orenburq şəhərində sovet ordusu sıralarında hərbi xidmətdə olub.1992-ci ilin aprelində Zəngilan Rayon Milis şöbəsinə işə qəbul edilib. Erməni quldur dəstələri tərəfindən Zəngilana silahlı basqınlar zamanı düşmən hücumlarının dəf edilməsinə, əhalinin təhlükəsizliyinin qorunmasına köməyini əsirgəməyib. Zəngilan rayonu düşmən əlinə keçdikdən sonra Füzuli rayonunun kəndlərinin yadellilərdən təmizlənməsində iştirak edib. 1994-cü il aprelin 4-də döyüş əməliyyatı zamanı şəhid olub. Sumqayıtda, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
|
Quliyeva Anuş Mikayıl qızı 1935-0992 Quliyeva Anış Mikayıl qızı 1935-ci ildə Zəgilan rayonunun Kolluqışlaq kəndində anadan olub. 15-16 yaşlarında əmək fəaliyyətinə başlayıb. |
Qurbanov Ağamir Nəsir oğlu 1961-1993 Qurbanov Ağamir Nəsir oğlu 1961-ci il dekabr ayının 9-da Fərəcbəyli kəndində anadan olub.1978-ci ildə 2 saylı Zəngilan Şəhər Orta Məktəbi bitirib.1993-cü ildə şəhid olub.Bakıda, I Şəhidlər Xiyabanında dəfn edilib.
|
Qurbanov Aleksandr Kamran oğlu 1972-1994
Qurbanov Aleksandr Kamran oğlu 1972- ci il Mincivan qəsəbəsində anadan olub.1979-1989-cu illərdə burada orta təhsilini başa vurduqdan sonra sovet ordusu sıralarında əsgəri qulluqda olub. 1994-cü il fevral ayının 2-də Seyidəhmədli kəndində aparılan əməliyyatda şəhid olub. Məzarı Şirvan şəhərinin Şəhidlər Xiyabanındadır.
|
Qurbanov Elman Nüşrəvan oğlu 1969-1992 Qurbanov Elman Nüşrəvan oğlu1969-cu ildə Genlik kəndində anadan olub. Malatkeşin kənd məktəbində orta təhsil alıb.Əsgəri borcunu yerinə yetirdikdən sonra144 saylı Zəngilan Rayon Texniki Peşə Məktəbində peşəyə yiyələnib. Bir müddət fəhlə işləyib. Bir neçə ay sonra döyüş postlarında, səngərdə olub. Şayıflı, Şərikan, Seyidlər kəndlərinin keşiyində dayanıb. Zəngilan rayon rəhbərliyi ilə atəşkəs barədə razılığa gələn xain qonşuların 1992-ci ilin 10 dekabrında sübh qaranlığında gözlənilməz hücumu zamanı şəhid olub. Genlik kənd qəbiristanlığında dəfn olunub.
|
Qurbanov Elxan Ağamalı oğlu 1963-1990
|
Qurbanov İlyas Məmmədqulu oğlu 1971-1992
|
Qurbanov Təbiət Aydın oğlu 1960-1992
Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 11 dekabr 1992-ci ildə şəhid olub. |
Rəsulov Dadaş Əmirxan oğlu 1971-1992
|
Rüstəmov Adil Əmrah oğlu 1963-1992
|
Rüstəmov Bəhram Əhməd oğlu 1962-1994
|
Rüstəmov Emin Qəzənfər oğlu 1974-1994
1992 –ci ildə hərbi xidmətə çağrılıb. O, Zəngilan rayonunun Seyidlər, Qazançı, Ağkənd, Yuxarı Gəyəli kəndlərinin, sonra qonşu Qubadlı rayonunun Başarat, Xanlıq, Cəbrayıl rayonunun Əfəndilər, Sərkən kəndlərinin erməni hücumlarından müdafiə edilməsində dəyanətini göstərib.Zəngilan düşmənlər tərəfindən işğala məruz qaldıqdan sonra Goranboy rayonu ətrafında erməni silahlı birləşmələrinin hücumlarını dəf edən hərbi hissələrimizin tərkibində vuruşub. Cəbrayıl, Füzuli rayonlarında döyüşlərdə iştirak edib. 1994-cü il yanvarın 6-da Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə mərmi yarası alaraq qəhrəmancasına şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.
|
Rüstəmov Muxtar Bəhmən oğlu 1974-1993 Rüstəmov Muxtar Bəhmən oğlu 1974-cü ildə Muğanlı kəndində anadan olub. 1982-1992-ci illərdə Ağalı kənd orta məktəbini bitirib. 1993-cü ilin yanvarında ordu sıralarına xidmətə çağırılıb. Bir neçə ay Bakıda daxili qoşunlara aid hərbi hissədə qulluq edib.Həmin il mart ayının əvvəlində daxili qoşunların rayonumuzda qərarlaşan hərbi hissəsinə xidmətə göndərilib. Qazançı və Seyidlər kəndlərində erməni quldur dəstələrinin basqınlarının qarşısının alınmasında iştirak edib. 1993-cü il aprelin 13-də Qaragöl kənd yaxınlığında strateji yüksəklikdən düşmən snayperinin açdığı atəşdən ağır yaralanıb, şəhid olub. Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
|
Rzayev Veyis Yusif oğlu 1970-1992
|
Rzayev Vüqar Oqtay oğlu 1974-1994
|
Rzayev Faiq Əvəz oğlu 1961-1993
BDU-nun Tarix fakültəsini müvəffəqiyyətlə bitirib. Zəngilan rayon komsomol komitəsində şöbə müdiri işləyib. Zəngilan rayonu DİŞ-də işə keçmişdi. Baş Leytenant rütbəsinə yüksəlmişdi. Az müddət ərzində sahə müvəkkili, sonra Zəngilan Rayonu Din-də Kadrlar şöbəsinin rəisi vəzifəsinə keçirilmişdi. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il avqust ayının 24-də Zəngilan Rayonu qorunması uğrunda gedən döyüşlər zamanı şəhid olub. Zəngilan şəhər qəbristanlığında dəfn edilib. |
Şabanov Şaban Cabbar oğlu 1974-1993
Şabanov Şaban Cabbar oğlu 1974-cü ildə Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1993-cü ilin mart ayının 23-də şəhid olub.
|
Şahbazov Natiq İbrahim oğlu -1993 Şahbazov Natiq İbrahim oğlu Saatlı rayonunda anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1993-cü ilin may ayının 15-də şəhid olub.
|
Şahməmmədov Abbas Lətif oğlu 1949-
|
Şahməmmədov Yanvar Famil oğlu 1965-1992
|
Şərifov Səxavət Əsəd oğlu 1965-1994 Şərifov Səxavət Əsəd oğlu Seyidlər kəndində anadan olub. Kənddə səkkizillik təhsil alaraq 1981-ci ildə Bakı şəhərində texniki peşə məktəbinə daxil olub və oranı qaynaqçı ixtisasına yiyələnməklə bitirib. 1983-1985-ci illərdə Rusiya Federasiyasının Saratov şəhərində hərbi xidmət keçib.
|
Şirəliyev Mehman Qaçay oğlu 1971-1992 Şirəliyev Mehman Qaçay oğlu 1971-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1992-ci ildə noyabr ayının 20-də şəhid olub.
|
Şirinov Ağamirzə Əliraza oğlu 1962-1992
|
Şirinov Nüsrət Eyvaz oğlu 1934-1992
|
Sadıqov Əfrayıl Siracəddin oğlu 1966-1992 Sadıqov Əfrayıl Siracəddin oğlu 1966-ci ildə Zərdab rayonu Əlibəyli kəndində anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1992-ci ilin dekabrında şəhid olub.
|
Sadıqov Qorxmaz İsmayıl oğlu 1970-1992
|
Səfiyarov Ağa Allahyar oğlu 1932-1992
12 dekabr 1992-ci ildə ermənilərin “Qrad” qurğusundan atdığı mərminin qəlpəsindən şəhid olub. Zəngilan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
|
Səfərov Cümşüd Səfər oğlu 1968-1993
|
Səfərov Oqtay Əli oğlu 1961-1993 Səfərov Oqtay Əli oğlu Yüsiflər kəndində anadan olub, 1978-ci ildə Şayıflı orta məktəbini bitirib. Rusiyanın İrkutsk şəhərində ikillik hərbi xidmətini 1981-ci ildə başa vuraraq, bir müddət Zəngilanda, sonra Bakı şəhərində Binəqədi rayon Neft-Qazçıxarma İdarəsində işləyib.1993-cü ilin payızında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 1993-cü il dekabr ayının 10-da ağır yara alaraq şəhid olub. Bakı şəhərində I Şəhidlər Xiyabanında dəfn edilib.
|
Səfərquliyev Xəlil Cavanşir oğlu 1973-1993
Səfquliyev Xəlil Cavanşir oğlu 1973-cü ildə Cahangirbəyli kəndində anadan olub. 1993-cü ildə kənd məktəbində orta təhsilini başa vuraraq sənədlərini rayonumuzdakı 144 saylı peşə məktəbinə verib. Orada traktorçu-maşinist ixtisası üzrə tam kurs keçib.Daha sonra Moskva vilayətində əsgəri qulluqda olub. 1992-ci ilin mayından Milli Ordunun əsgərləri sırasında Zəngilan rayonunun Kolluqışlaq kəndinin müdafiəsində dayanıb. 1993-cü il mart ayının 8-də şəhid olub. Cahangirbəyli kənd qəbiristanlığında dəfn olunub.
|
Sərxanov Nizami İsrafil oğlu 1968-1993 Sərxanov Nizami İsrafil oğlu 1968-ci ildə Neftçala rayonunda anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1993-cü ildə aprel ayının 10-da şəhid olub.
|
Süleymanov Sadiq Baloğlan oğlu 1982-1992
Sadiq Rəzdərə kənd qəbristanlığında dəfn edilib. |
Süleymanov Baloğlan Süleyman oğlu 1960-1993
|
Süleymanov Hikmət İbiş oğlu 1972-1994 Süleyman Hikmət İbiş oğlu Qıraq Müşlan kəndində anadan olub. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra SSRİ məkanında-Jitomir və Lvov şəhərində hərbi xidmətdə olub. Hərbi qulluqdan geri dönən kimi, erməni təcavüzü səbəbindən yenidən hərbi xidmətə çağırılıb. Bu dəfə Milli Orduda əsgər mundiri geyinərək doğma torpaqların müdafiəsinə qalxıb. Rayonumuzun sərhədyanı kəndləri Qazançı, Şayıflı və Kolluqışlaq, eləcə də Cəbrayıl, Füzuli, Ağdam uğrunda döyüşlərdə iştirak edib. Zəngilan işğal olunduqdan sonra Füzuli rayonunu qoruyan hərbi hissələrin tərkibində vuruşub.1994-cü ilin aprel ayında ağır qəlpə yarası alıb. Uzun müddət müalicə olunsa da, yaranın fəsadlarını aradan qaldırmaq mümkün olmayıb. 1994-cü ilin 16 dekabrında vəfat edib.
|
Süleymanov Məhərrəm Həsən oğlu 1963-1993 Süleymanov Məhərrəm Həsən oğlu 1963-cü ildə Qafan şəhərində anadan olub. |
Tağıyev Qiyas Veysəl oğlu 1973-1992 Tağıyev Qiyas Veysəl oğlu 1973-cü ildə Zəngilan şəhərinin “Köhnə Pirçivan” adlanan qədim hissəsində anadan olub.Həmin ərazidəki 2 nömrəli natamam orta məktəbdə təhsil alıb. İkiillik əsgəri qulluğunu 1990-1992-ci illərdə RSFSR-in Tula şəhərində keçirib. 1992-ci il oktyabr ayının ilk günlərində Seyidlər kəndində “Lokatr” adlandırılan ermənilərin mühüm mühafizə sahəsi yaxınlığındakı postda keşik çəkib. 1992-ci il dekabr ayının 10-da erməni silahlı dəstələri sübh qaranlığında posta qəfil hücum ediblər. Əsgərlərimizin müqavimətini qırıb 5 nəfəri qətlə yetiriblər. Bu faciədən bir neçə gün sonra danışıqlar aparıb, əsgərlərimizin bir neçəsinin meydini geri almaq mümkün olsa da, Qiyas Tağıyev onların aralarında aşkarlanmayıb. |
Teymurov Cəmşid Qəhrəman oğlu 1970-1994
|
Vəliyev Elbrus Şamxal oğlu 1974-1993 Vəliyev Elbrus Şamxal oğlu Ağalı kəndində anadan olub. 1991-ci ildə kənddə orta məktəbi bitirdikdən sonra 144 nömrəli Zəngilan Rayon Texniki Peşə məktəbində təhsil alıb. Çağırış yaşı çatdıqda səfərbərliyə alınaraq Milli Orduda xidmətə göndərilib. Sarallı-Xəştab, Ağbis, Ağakişilər kəndlərinləki postlarda keşikdə dayanan Elbrus silahdaşları ilə birlikdə dəfələrlə ermənilərin törətdikləri fitnə-fəsadların, silahlı basqınların qarşısını alıb. 1993-cü il avqust ayının 6-da Ağakişilər kəndindəki postda ikən düşmən snayperinin gülləsindən ağır yaralanıb. Onun xilası üçün həkimlərin göstərdiyi səylər nəticəsiz qalıb və şəhid olub. Ağalı kənd qəbristanlığında dəfn olunub.
|
Vəliyev Filman Kamran oğlu 1970-1993
|
Vəliyev Heydər Babaş oğlu 1961-1994 Vəliyev Heydər Babaş oğlu 1961-ci ildə Genlik kəndində anadan olub. Kənddə orta məktəbi bitirib rayondakı 144 saylı texniki peşə məktəbinə daxil olub, sürücü ixtisasına yiyələnib.Hərbi qulluğunu yerinə yetirdiyi RSFSR-in Xarkov şəhərində tərxis zamanı ona traktor zavodunda iş təklif edilib. 1986-cı ildə Vətənə dönərək ailə həyatı qurub, yenidən Xarkova qayıdıb, övlad sahibi olub. Erməni təcavüzünün gücləndiyi 1992-ci ilin fevralında geri dönərək mart ayında Milli Orduda xidmətə başlayıb. Təhlükəsiz traktordan hər dəqiqə yağı hədəfinə çevrilə bilən tankın sükanı arxasına keçib. Vejnəli, Kolluqışlaq, Şayıflı, Seyidlər və bir çox başqa sərhəd bölgələrində çevik manevrləri, dəqiq atəşləri ilə hədəfləri susdurub. Zəngilan rayonunun işğalından sonra Füzuli bölgəsində döyüşlərə girib. 1994-cü ilin 28 yanvarı qəhrəmancasına şəhid olub.
|
Vəliyev Müşviq Ağa oğlu 1971-1992
Vəliyev Müşviq Ağa oğlu 1971-ci ildə anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1992-ci ildə şəhid olub.
|
Vəliyev Qəzənfər Həmid oğlu 1968-1994 Vəliyev Qəzənfər Həmid oğu Qıraq Müşlan kəndində anadan olub. 1985-ci ildə kənd məktəbində orta təhsilini tamamlayaraq sənədlərini Bakıdakı mühasibat kursuna verib. Oranı bitirdikdən sonra Zəngilandakı suvarma sistemləri idarəsində iqtisadçı vəzifəsinə göndərilib. 1986-1988-ci illərdə Ukraynada əsgəri borcunu yerinə yetirib. Hərbi qulluğu başa vurduqdan sonra əvvəlki iş yerinə qayıdıb. Rayonumuzun işğalınadək Milli Ordunun mərd əsgərləri sırasında müdafıə döyüşlərinin iştirakçısı olub.1994-cü il fevralın 1-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Bakı şəhərində Fəxri Xiyabanda dəfn edilib.
|
Xudiyev Əkrəm Məhiyəddin oğlu 1965-1993 Xudiyev Əkrəm Məhiyəddin oğlu Üdgün kəndində anadan olub. 1983-cü ildə Zəngilan kənd məktəbində orta təhsil alaraq Azərbaycan Mühəndislər İnstitutuna daxil olub.1984-1986-cı illərdə sovet ordusunda hərbi xidmət keçib. 1990-cı ildə Azərbaycan Mühəndislər İnstitutunun «Avtomobil yollarının istismarı» fakültəsini bitirib. Zəngilan Rayon Yol İdarəsində mühəndis vəzifəsində işləyib.1991-ci ildə Milli Ordu sıralarına çağırılıb, Zəngilan, Qubadlı, Füzuli rayonlarında müdafiə savaşlarında iştirak edib. Rayonun işğalından sonra Goran stansiyasında qərarlaşan bölməyə qoşulub. Ağdam istiqamətində gedən döyüşdə Güllücə kəndində Narlıq adlanan ərazidə 1993-cü ilin yanvar ayının 31-də şəhid olub. Bakı şəhəri I Şəhidlər Xiyabanında dəfn edilib.
|
Yaqubov Rəhim Teymur oğlu 1971- . . . Yaqubov Rəhim Teymur oğlu Zəngilan rayonunun Qaragöl kəndində anadan olub. Şayıflı kənd orta məktəbini bitirib. Hərbi xidmətini sovet ordusunda başa vurub. Kəndlərinə qayıdarkən artıq ermənilərlə müharibə getdiyinin şahidi olub. Doğma torpaqların taleyi Rəhimi də narahat edib və o, könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxıb. 10 dekabr 1992-ci ildə sübh tezdən torpaqlarımıza basqın edən erməni quldur dəstələri həmin postda olan əsgərlərimizi qəfil yaxalayaraq, ciddi müqavimət göstərmələrinə, can qurtarmalarına aman verməyiblər. Rəhim də digər əgərlərimiz kimi, sinəsini Vətənə sipər edərkən itgin düşüb. Onun axtarışı ilə əlaqədar erməni tərəfinə və beynəlxalq təşkilatlara edilən sorğular nəticə verməyib. 1994-cü ilin may ayından şəhidlik statusu alıb. |
Zeynalov Anar Niyaz oğlu 1972-1992 Zeynalov Anar Niyaz oğlu 17 may 1972-ci ildə Göyçay rayonunda anadan olub. 1986-cı ildə Göyçay şəhər 3 saylı orta məktəbini bitirib. |
Zeynalov Cəmil Sərdar oğlu 1971-1992 Zeynalov Cəmil Sərdar oğlu 24 oktyabr 1971-ci ildə Zəngilan rayonunun Ağalı kəndində anadan olub. 1979-cu ildə Ağalı kənd orta məktəbində təhsil almağa başlayıb. 1989-cu idə təhsilini tamamlayb, sovet ordusu sıralarına çağırılıb.Moskva vilayətində əsgəri borcunu yerinə yetirərək yenidən ata-baba yurduna qayıdıb. Silaha sarılaraq Şayıflı, Qazanlı, Seyidlər,Ağkənd ətrafında torpaqlarımızın müdafiəsində dayanıb. Düşmən qonşu Qubadlı rayonuna hücum edərkən orada gedən döyüşlərdə iştirak edib. |
Zeynalov Dadaş Muxtar oğlu 1949-1993 Zeynalov Dadaş Muxtar oğlu 1949-cu il Zəngilan şəhərində anadan olub. 1967-ci ildə şəhər orta məktəbində təhsilini başa vurub və Bakı Energetika Texnikumuna daxil olub.İxtisas qazandıqdan sonra Sumqayıt şəhər kimya kombinatına təyinat alıb. Burada işləməklə yanaşı, Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində təhsilini davam etdirərək 1979-cu ildə institutu bitirib. Doğma Zəngilana qayıdaraq elektrik şəbəkəsində əvvəlcə mühəndis, sonra rəis müavini və rəis işləyib. Başçılıq etdiyi şəbəkənin kollektivi ermənilərin təcavüzü nəticəsində sıradan çıxmış elektrik xətlərinin və sistemlərinin bərpası üçün daim gərgin işləyib.1993-cü il mart ayının 23-də Zəngilan şəhərinin mərkəzi küçəsinə düşən düşmən mərmisi onun həyatına son qoyub. Məzarı Zəngilan şəhər Şəhidlər Xiyabanındadır. |