Şriftin ölçüsü :

Saytın rəngi :

AÇIQ MƏLUMATLAR

Azərbaycan Respublikasının Açıq Məlumatlar Portalı

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci il ərzində görülmüş işlər barədə                                          

Dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin davamlığını təmin etmək məqsədi ilə Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci il ərzində müvafiq  tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə İş Planı təsdiq edilmişdır.

Korrupsiyaya qarşı mübarizə, dövlət qulluğunda dürüstlük,  onların həll yolları, düzgün davranış, dövlət qulluqçusunun əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və başqa məsələləri əhatə edən təlim və treninqlər keçirilmiş, toxunulan məsələlər üzrə geniş müzakirələr aparılmışdır. 

Rayon İcra Hakimiyyətinin rəsmi saytında Elektron xidmətlər bölməsi (Qəbula elektron yazılma və Elektron müraciət və s.) fəaliyyət göstərir. http://zengilan-ih.gov.az/az/elektron-xidmetler.html

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq 03.12.2020-ci il tarixdə Zəngilan rayon İcra Hakimiyyəti yanında vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət İctimai Şura yaradılmışdır. Zəngilan rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın fəaliyyət müddətində birgə əməkdaşlıq çərçivəsində qərb rayonlarında şəhid ailələrini ziyarət etmək üçün səfərlər təşkil edilib, “Erkən nigaha yox deyək” mövzusunda tədbir keçirilib, Ramazan bayramında bir sıra ailələrə sovqatlar paylanılıb.  Bu və digər tədbirlər davamlı olaraq həyata keçirilir.

 “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində işlər davam etdirilir.

Keçidlər