Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

ZƏNGİLAN MƏRKƏZİ RAYON XƏSTƏXANASI

1930-cu ildə Zəngilan inzibati rayonu yaradılarkən əhalinin tibbi xidmətini təmin etmək üçün 25 çarpayısı olan rayon xəstəxanası təşkil edilmişdir. Həmin illərdə əhali arasında malyariya, vərəm, traxoma, qarın yatalağı, çiçək və başqa yoluxucu xəstəliklər geniş yayılmışdır. Zəngilanda işləmiş tibb işçilərinin fədakarlığı sayəsində həmin xəstəliklərin yayılmasının qarşısı alınmış və bəzilərinin kökü kəsilmişdir.
1957-ci ildə rayon xəstəxanası Sanitar Xəstəxana Birliyi, 1965-ci ildən isə Mərkəzi Rayon Xəstəxanası adlandırılmışdır. 1965-ci ildə Sanitar Epidemioloji Stansiya yaradılmışdır.
Mərkəzi Rayon Xəstəxanasının, Vənətli və Şayıflı kənd xəstəxanalarının binaları 1988-ci ildə tikilib istifadəyə verilmişdi.
 

 1993-cü ilin oktyabr ayında erməni qoşunları tərəfindən işğal olunana qədər Zəngilan rayonunda mövcud olan tibb müəssisələri :

1 Mərkəzi Rayon Xəstəxanası (Zəngilan şəhərində), 4 kənd xəstəxanası (Vənətli, Şayıflı,  Alıbəyli, Məmmədbəyli Kəndlərində), 6 həkim ambulatoriyası  (Cahangirbəyli, Çöpədərə, Malatkeşin, Rəzdərə, Bartaz, Vejnəli Kəndlərində), 46 feldşer-mama məntəqəsi

1993-cü ilin oktyabr ayının 27-də saat 16:00-da Zəngilan Mərkəzi Rayon Xəstəxanası Zəngilandakı fəaliyyətini dayandırdı.

Hal-hazırda Zəngilan Mərkəzi Rayon Xəstəxanası Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbə xəstəxanasının binasında, bir həkim məntəqəsi Sabirabad rayonunun Rüstəmli kəndi ərazisində, digəri isə  Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində fəaliyyət göstərir.



Əlaqə telefonu :  (012) 347-95-44

Keçidlər