AÇIQ MƏLUMATLAR
Qəyyumluq və himayəçiliklə bağlı müraciət edən vətəndaşlardan tələb olunan sənədlər
14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərə qəyyum təyin edilməsi üçün rayon/şəhər İcra Hakimiyyətlərində Qəyyumluq və Himayəçilik Komissiyası fəaliyyət göstərir. Qəyyum olmaq istəyən şəxs ərizə ilə rayon İcra Hakimiyyətinə aşağıdakı sənədlərlə birlikdə müraciət etməlidir.
- İcra Hakimiyyəti başçısının adına notariat qaydada təsdiq edilmiş ərizə;
- Qəyyumun və ya himayəçinin tərcümeyi-halı;
- İş yerindən arayış (əmək haqqı göstərilməklə) və xasiyyətnamə;
- Yaşayış yerindən 2 saylı forma arayış;
- Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s. notariat qaydada təsdiq edilmiş surətləri);
- Qəyyumluğa və ya himayəçiliyə götürülənin yaxın qohumlarının notariat qaydada təsdiq edilmiş razılıq ərizələri;
- Qəyyumluğa və ya himayəçiliyə götürülən uşağın doğum haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq edilmiş surəti;
- Qəyyumluğa və ya himayəçiliyə götürənin şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;
- Qəyyumluğa və ya himayəçiliyə götürənin nikah haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq edilmiş surəti;
- Qəyyumluğa və ya himayəçiliyə götürülən uşağın təhsil alması barədə arayış;
- 10 yaşından yuxarı uşağın razılıq ərizəsi;
- Qəyyum və ya himayəçinin sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar;







