Könüllülük fəaliyyəti
Könüllülük fəaliyyəti ilə əlaqədar görülmüş işlər
Zəngilan rayonunda könüllülük fəaliyyəti
ilə əlaqədar görülmüş işlər
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Rayonda gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsi məqsədilə Zəngilan rayon İcra Hakimiyyəti Başçısı 25 fevral 2019-cu il tarixli 10 nömrəli Sərəncam imzalamışdır.