İcra Hakimiyyəti
ETİK DAVRANIŞ
Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Aparatında etik davranış məsələləri ilə əlaqədar 2021-ci ildə görülən işlər haqqında Hesabat
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsaslanaraq, hesabat ilində Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Aparatında bir sıra işlər görülmüşdür.
Belə ki, hesabat ilində Aparatda və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçularını maarifləndirmək məqsədilə aşağıdakı mövzularda təlimlər keçirilmişdir:
- Dövlət qulluqçularının etik davranış qaydaları;
- “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə” ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifə və səlahiyyətlər;
- Dövlət qulluqçularının etik davranış qaydaları: “Korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi”;
- Dövlət qulluqçularının etik davranış qaydaları: “Vicdanlı davranış, loyallıq, mədəni davranış, insanların və hüquqi şəxslərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmət”;
- “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddəalar: “Dövlət qulluqçusunun hüquqları, dövlət qullugu ilə əlaqədar məhdudiyyətlər, təminatlar, mükafatlandırma və məsuliyyət”
- Vətəndaşların müraciətlərinə baxılması işinin təşkili.
2021-ci il ərzində Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına görə 1 nəfər barəsində intizam tənbeh tədbiri görülmüşdür.