Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun Silahlı Qüvvələr günüdür

26 iyun 2021 | 16:00

       26 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələr günü ilə əlaqədar Zəngilan rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin birgə təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov,  hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, müharibə veteranları, şəhid ailələri, və hərbiçilər iştirak etdilər. Tədbirdə Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Zəngilan rayonundan olan II Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən övladlarının valideyinləri  və qazilərlə təşkil olunmuş görüşdə 8 şəhid ailəsinə və 2 hərbi qulluqçuya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş medallar təqdim olundu.

Keçidlər