Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi

26 fevral 2021 | 16:00

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, rayon icra hakimiyyətinin əməkdaşları, o cümlədən rayon sakinləri ilə birlikdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 155-nin taleyi hələ də məlum deyil.

Keçidlər