Şriftin ölçüsü :

Saytın rəngi :

“Bir gün Qarabağda” adlı muğam konserti təşkil edilib

24 avqust 2019 | 16:00

Avqustun 24-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şamaxı rayonunda Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş “Bir gün Qarabağda”  adlı konsert keçirilib. Avaxıl kəndində açıq havada məcburi köçkünlər üçün təşkil olunmuş konsert Beynəlxalq Muğam Mərkəzi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Şamaxı Rayon İcra hakimiyyətlərinin dəstəyi ilə keçirilib.
Konsert proqramı zamanı qeyd olunub ki, qaçqınların və məcburi köşkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət tədbirləri bu gün daha geniş miqyasda davam etdirilir. Bir daha diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin apardığı cəsarətli və qətiyyətli siyasət nəticəsində, ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır.Tədbir iştirakçıları xalqımızın mədəni-mənəvi dəyərlərindən olan muğamlarımızın bir gün işğaldan azad edilmiş yurd yerlərimizdən bütün dünyaya yayılacağına əminliklərini ifadə ediblər.
Bir daha bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərləri dünya siyahısına daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən misilsiz işlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Keçidlər