Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbul imtahanlarında yüksək bal toplayan Zəngilan ümumtəhsil məktəblərini bitirən məzunlar mükafatlandırıldı

07 sentyabr 2018 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı rayonun  ümumtəhsil məktəblərini bitirib, ali məktəbə yüksək bal toplayaraq qəbul olan məzunlarla  görüş keçirdi.Görüşdə RİH başçısı Ramiz Həsənov ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışdı, tələbə adını qazanan məzunları təbrik edərək, onlara uğurlar arzuladı.Daha sonra Zəngilan rayon Təhsil şöbəsinin müdiri Nəsib Miriyev rayon üzrə ali məktəbə qəbulun vəziyyəti, təhsilin inkişafı barədə məlumat verdi. Tədbirdə çıxış edən valideynlər,  məzunlar görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.Sonda yüksək bal toplayan məzunlara hədiyyələr təqdim edildi.

Keçidlər