Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətində növbəti yubiley qeyd olundu

05 iyun 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi: “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”.
Xalq üçün çalışmaq, səmimi xidmət etmək, eyni zamanda, insanın mənəvi aləmindən xəbər verir. Yüksək əxlaqi keyfiyyətləri ilə seçilən belə insanların əməyini hər zaman  qiymətləndirən, daima ziyalıları diqqətdə saxlayan Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov  daha bir yubilyarı təbrik etdi. Əməksevərliyi, bacarığı, yüksək mənəviyyatı ilə sayılıb-seçilən, əhaliyə səmimi və vicdanla xidmət etməklə rayon ictimaiyyətinin dərin hörmət və ehtiramını qazanmışrayon ziyalısı, başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümovun 55 illik yubileyi  qeyd olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Nizami Mönsümovu təbrik edərək, ona ən xoş arzularını çatdırdı. Nizami Mönsümovun əmək fəaliyyətini yüksək qiymətləndirən rayon rəhbəri onun iş üslubu, təşəbbüskarlığı ilə seçildiyini, vətəndaşların müraciətlərinin müsbət həllində böyük əmək sərf etdiyini bildirdi. Yubilyara gül dəstəsi və hədiyyə təqdim olundu.
Təbriklərə qoşulan YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov və Rayon İcra Hakimiyyətinin məsul işçiləri Murad Rəhimov, Ceyhun Həsənov, Şənlik Əliyev, Xanım Rüstəmova, Ağamirzə Məmmədov yubilyara ən səmimi arzularını bildirdilər, onun müsbət mənəvi keyfiyyətlərindən və xidmətlərindən söz açdılar.
Sonda Nizami Mönsümov deyilən xoş sözlərə, təbriklərə görə, ona və kollektiv üzvlərinə göstərilən böyük diqqət və qayğıya görə minnətdarlığını  bildirdi.

Keçidlər