Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon idmançıları IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərində iştirak etdi

20 aprel 2017 | 16:00

IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması və məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsi məqsədilə ölkəmizin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü üzrə kütləvi idman tədbirləri keçirilir.
Siyavuş Bayramovun rəhbərliyi ilə Zəngilan rayonunun idmançıları Xaçmaz Olimpiya İdman Kompleksində və Hövsan Olimpiya İdman Kompleksində karate idman növü üzrə keçirilən zona yarışlarında uğurla çıxış edərək yüksək nəticələr əldə etdilər. Xaçmaz Olimpiya İdman Kompleksində məktəbli idmançılarımızın qatıldığı yarışlarda karate idman növü üzrə Orxan Rəcəbli I yerə, İsa Kərimli, İbrahim Ramazanov, Rauf Bayramov II yerə  layiq görülüb. Hövsan Olimpiya İdman Kompleksində keçirilən yarışlarda Samir Salahov və Orxan Rəcəbli I yerə, İbrahim Ramazanov, Rauf Bayramov, Hüseyin İsmayılov II yerə, Nicat Əliyev, Nihat Zeynalov III yerə layiq görülüb. Qaliblər diplom və medallarla təltif edildib.

Keçidlər