Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət müstəqilliyimizin 25 illiyi qeyd olundu

17 oktyabr 2016 | 16:00

  Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü,  Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə 18 oktyabr – Milli Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Zəngilan rayon Mincivan qəsəbə uşaq musiqi məktəbinin xor ansamblının ifasında Dövlət Himninin sədaları ilə açıq elan edilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək 25 il bundan öncə əldə olunmuş müstəqil Azərbaycan dövlətinin möhkəm əsaslar üzərində qurulmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs etdi.
Rayon rəhbəri çıxışında ümumilli lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada əldə etdiyi yüksək nəailiyyətlərdən danışdı. Qeyd etdi ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. 
Daha sonra tədbir bir-birindən maraqlı musiqi kompozisiyaları və bayram konserti ilə davam etdirildi.

Keçidlər