Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon məktəblərində Bilik günü qeyd olundu

15 sentyabr 2016 | 16:00

Zəngilan rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi.Zəngilan rayon 11 nömrəli tam orta məktəbdə pedaqoji kollektivi, şagirdləri təbrik etmək üçün keçirilən bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov iştirak etdi.
İlk öncə məktəbin direktoru Surxay Cabbarov müəllimləri, şagirdləri və qonaqları salamladı. Məktəbin direktoru öz nitqində son illər respublikamızda, o cümlədən rayon məktəblərində əlverişli təlim mühitinin yaradılmasından, təhsilin inkişafı istiqamətində Prezident İlham Əliyevin gördüyü ardıcıl tədbirlərdən, Heydər Əliyev Fondunun xidmətlərindən bəhs etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək rayonun təhsil işçilərini, şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Rayon rəhbəri ötən tədris ilinin Zəngilan rayon təhsili üçün uğurlu il olduğunu, ali məktəblərə qəbul imtahanlarında rayon məzunlarından 17 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyini bildirdi, bütün bu uğurların, nəaliyyətlərin əsasında təhsilin, elmin inkişafına göstərilən dövlət qayğısının dayandığını  vurğuladı.
Tədbirdən sonra Rayon İcra Hakimiyyətinin başçısı yeni təmir olunmuş məktəbin sinif otaqlarına baxış keçirdi, məktəbdə yaradılmış şəraitlə tanış oldu.

Keçidlər