Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbul imtahanlarında yüksək bal toplayan zəngilanlı məzunlar mükafatlandırıldı

31 avqust 2016 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı rayonun ali məktəbə yüksək bal toplayaraq qəbul olan məzunlarla  görüş keçirdi.Görüşdə RİH başçısı Ramiz Həsənov ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışdı, tələbə adını qazanan məzunları təbrik edərək, onlara uğurlar arzuladı.Daha sonra Zəngilan rayon Təhsil şöbəsinin müdiri Zakir İbrahimov rayon üzrə ali məktəbə qəbulun vəziyyəti, təhsilin inkişafı barədə məlumat verdi. 2015-2016-cı tədris ilinin məzunlarından 288 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, onlardan 191 nəfəri  tələbə adını qazanıb. Ali məktəbə qəbul olanlardan 31 nəfəri 500-dən, 17 nəfəri 600-dən yuxarı bal toplayıb. 7 nömrəli tam orta məktəbin məzunu Ləman Həsənli imtahanlarda 676 bal toplayaraq, rayon üzrə ən yüksək nəticə əldə edib.Tədbirdə çıxış edən valideyn Murad Həsənəliyev, 24 nömrəli tam orta məktəbin məzunu 651 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan Pakizə Əliyeva görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.Sonda yüksək bal toplayan məzunlara hədiyyələr təqdim edildi.

Keçidlər