Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir yubiliyar təbrik edildi

05 may 2016 | 16:00

05 may 2016-cı il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətində əməksevərliyi, bacarığı, yüksək mənəviyyatı, səmimiyyəti ilə sayılıb-seçilən rayon ziyalısı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Valeh Yusifovun 60 illik yubileyi  qeyd olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Valeh Yusifovu yubileyi münasibətilə təbrik etdi və ona uzun ömür, can sağlığı, gələcək işlərində uğurlar arzuladı. İstər kollektivin, istərsə də ictimaiyyətin Valeh müəllim  haqqında həmişə yüksək fikirdə olduğunu, onun fəaliyyət yolunun gənc kadrlar üçün əsl örnək təşkil etdiyini vurğuladı. Yubiliyara gül dəstəsi və hədiyyə təqdim edildi.
Təbriklərə qoşulan RİH-nin məsul işçiləri Seyfəddin Paşayev, Nizami Mönsümov, Ceyhun Həsənov Tural Kazımov V.Yusifova ən xoş arzularını bildirdilər və onun yüksək insani dəyərlərindən söz  açdılar.
Sonda yubiliyar ziyalılara, dövlət qulluqçularına göstərilən böyük diqqətə görə minnətdarlığını  bildirdi.

Keçidlər