Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil işçilərinin sentyabr konfransı

08 sentyabr 2015 | 15:00

Zəngilan rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Müstəqil Azərbaycanımızın Dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov 2014-2015-ci dərs ilinin yekunlarını təhlil edərkən qazanılmış uğurlardan, respublikamızda təhsilin inkişafı ilə əlaqədar ölkə başçısının imzaladığı mühüm sənədlərdən və proqram çıxışlarından irəli gələn tələblərə uyğun olaraq növbəti tədris ilində qarşıda duran vəzifələrdən danışmışdır.
Məruzə ətrafında müzakirədə 36 nömrəli tam orta məktəbin direktoru Ənvər Məmmədov, 23 nömrəli tam orta məktəbin direktoru Ramiz Qulamov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Həsən Ələkbərov, Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, valideynlərdən rayon sakini Məmmədyarova Gilə, yüksək balla tələbə adını qazanmış Cabbar Cabbarovun çıxışları dinlənilmişdir.
Konfransda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ramiz Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin sovetlər dönəmində və eləcə də sonrakı dövrlərdə respublikamızda təhsilin inkişafına verdiyi xüsusi önəmə və göstərdiyi qayğıya dair çoxsaylı faktları yada salmış, dahi şəxsiyyətin bu sahədə başladığı işlərə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın davamlı və genişmiqyaslı töhfələrini diqqətə çatdırmışdır. Rayon məktəblərində təlim-tərbiyə işlərini ölkə başçısının irəli sürdüyü tələblər səviyyəsində qurmaq üçün həlli vacib məsələlərdən danışaraq, bununla əlaqədar təhsil şöbəsinin rəhbərliyinə və pedoqoji kollektivlərə müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.
Rayon rəhbəri təhsil sistemində baş vermiş yeniliklər, həmçinin, gözlənilən dəyişikliklər haqqında məlumat vermiş, rayonun pedoqoji kollektivlərinin bu istiqamətdə görməli olduqları zəruri iş və tədbirləri nəzərə çatdırılmışdır. Konfransda Rayon rəhbəri yüksək bal toplayan məzunları təbril edərək, onlara gül və hədiyyələr təqdim etdi. Cənab Ramiz Həsənov pedoqoji kollektivin əməyini də yüksək dəyərləndirib. O, qeyd etmişdir ki, bu cür göstəricilər burada çalışan pedoqoji kollektivin gərgin əməyinin nəticəsidir.
Konfransda Rayonun görkəmli ziyalısı, əməkdar müəllim Tofiq Nəsirovun könüllü olaraq təqaüdə çıxması təntənəli şəkildə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin Başçısı rayon ziyalısı barədə xoş sözlər deyərək, ona gül dəstəsi və hədiyyələr vermişdir. Tofiq müəllim öz çıxışında rayon rəhbərliyinə pedoqoji kollektivə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Konfransda müzakirə olunan məsələ ilə əlaqədar geniş qərar qəbul edilmişdir.

Keçidlər