Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan şəhərinə növbəti köç karvanı yola salındı.

15 may 2026 | 16:31

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

15 may 2026-cı il tarixində Zəngilan şəhərinə 5 ailə - 26 nəfər köçürüldü. Zəngilan şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Belə ki, Bakı şəhərindən 4 ailə-22 nəfər, Sumqayıt şəhərindən 1 ailə-4 nəfər Zəngilan şəhərinə yola salınmışdır.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdilər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirərək, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət dilədilər.

 

Keçidlər