Zəngilan şəhərinə köç karvanı yola salındı.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.
13 may 2026-cı il tarixində Zəngilan şəhərinə 59 ailə - 235 nəfər köçürüldü. Zəngilan şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Belə ki, Bakı şəhərindən 42 ailə-167 nəfər, Sumqayıt şəhərindən 9 ailə-33 nəfər Abşeron rayonundan 5 ailə-23 nəfər, Saatlı rayonundan 2 ailə -8 nəfər, Kürdəmir rayonundan 1 ailə-4 nəfər Zəngilan şəhərinə yola salınmışdır.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdilər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirərək, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət dilədilər.







