Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Şəhəri Günü Zəngilan şəhərində qeyd edildi.

20 oktyabr 2026 | 10:28

Oktyabrın 20-də Zəngilan Şəhəri Günü münasibətilə təşkil olunan tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Qarabağ Dirçəliş Fondunun nümayəndə heyəti,  şəhid ailələrinin üzvləri, ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və nümayəndələri və rayonun sakinləri iştirak etdilər.

Şəhər Günü çərçivəsində Zəngilan Konqres Mərkəzində Plov Festivalı, “Zəngilan – zamanın qanadlarında” fotosərgisi, uşaqlar üçün yaradıcılıq proqramları və teatr tamaşası təşkil olundu. Günün sonunda milli musiqi, rəqs və vətənpərvərlik ruhunu əks etdirən bayram konserti təqdim edilən tədbir musiqi nömrələri və atəşfəşanlıqla başa çatdı.

 

Keçidlər