Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan RİH başçısının növbəti səyyar qəbulu Sumqayıt şəhərində məskunlaşan rayon sakinləri ilə keçirildi

25 oktyabr 2022 | 16:15

Ölkə rəhbərinin tapşırığına əsasən Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq respublikanın müxtəlif ərazilərində səyyar qəbullar keçirir. Zəngilan RİH başçısının növbəti səyyar qəbulu  25 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhərində məskunlaşan rayon sakinləri ilə keçirildi.

Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verdi. RİH başçısı bildirdi ki, ölkə başçısı tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə hər birimizin qürur mənbəyinə çevrilmişdir. Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qisası alınaraq düşmən məhv edilmiş, əbədiyyən öz sahiblərinə qaytarılmış doğma  torpaqlarımızda aparılan abadlıq-quruculuq işləri davam etdirilir.

Sonda vətəndaşların müraciətləri dinlənildi. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və bir qisminin həlli istiqamətində yerində aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verildi, digər qisminin isə qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

Keçidlər