Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan RİH başçısının növbəti səyyar görüşü Sumqayıt şəhərində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi

28 oktyabr 2025 | 16:50

Ölkə rəhbərinin tapşırığına əsasən vətəndaşların problemlərinin operativ şəkildə həll edilməsi və onlarla mütəmadi ünsiyyətin qurulması məqsədilə keçirilən səyyar görüşlər müraciətləri birbaşa dinləmək və onların həlli yollarını müəyyənləşdirmək üçün mühüm platforma rolunu oynayır.

Təsdiq edilmiş qrafikə əsasən rayon rəhbəri cənab Ramiz Həsənovun sakinlərlə növbəti səyyar qəbulu 28 oktyabr 2025-ci il tarixdə   Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən Zəngilan rayonu 15 saylı tam orta məktəbin akt zalında keçirildi.  Görüşdə icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.

Müraciətlər dinlənildikdən sonra sakinlərə müvafiq izah verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti tapşırıqlar verildi. Sakinləri düşündürən əsasə məsələ qayıdışla bağlı oldu. Rayona köçürülmənin müddəti, qaydaları  və şərtləri haqqında məlumat almaq istəyən sakinlərə ətraflı məlumat verildi.

Rayon sakinləri mütəmadi keçirilən görüşlərin problemlərin həllində əhəmiyyətli rol oynadığını qeyd edərək ölkə başçısına və rayon rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər