Zəngilan RİH başçısı Səbail rayonu, Badamdar qəsəbəsində zəngilanlı sakinlərlə görüşdü
03 noyabr 2026 | 16:51
Təsdiq edilmiş qrafikə əsasən, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun zəngilanlı sakinlərlə növbəti səyyar qəbulu 3 noyabr 2026-cı il tarixində Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 239 nömrəli tam orta məktəbin akt zalında keçirildi.
Görüşdə İcra Hakimiyyəti başçısının müavinləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, eləcə də rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər. Qəbul zamanı sakinlərin sosial rifah, məşğulluq, infrastruktur və məskunlaşma ilə bağlı müraciətləri dinlənildi. Rayon icra başçısı hər bir müraciətin diqqətlə araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumlara yerindəcə tapşırıqlar verdi.







