Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salındı
28 noyabr 2025-ci il tarixində rayon sakinlərindən cəmi 33 ailə 177 nəfər məskunlaşdıqları ərazilərdən, o cümlədən, Bakı şəhərindən və Abşeron rayonundan köçürülən 27 ailə 139 nəfər, Sumqayıt şəhərindən 5 ailə 32 nəfər, Şirvan şəhərindən 1 ailə 6 nəfər Zəngilan rayonun Məmmədbəyli kəndinə yola salınmışdır. 28.11.2025-ci il tarixdəki köç də nəzərə alınmaqla Zəngilan rayon Məmmədbəyli kəndinə 103 ailə 506 nəfər, ümumilikdə Zəngilan rayonunun 2 yaşayış məntəqəsinə cəmi 329 ailə 1514 nəfər köçürülmüşdür.
Ailələr məskunlaşdıqları ərazidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Zəngilan Rayon İcra Hakimiyyəti başçısının nümayəndələri tərəfindən yola salınaraq, Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları tərəfindən qarşılanmış və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görülmüşdür.







