Zəngilan rayonunun Cahangirbəyli kəndinə növbəti köç karvanı yola salındı
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. 17 noyabr 2026-cı il tarixində Zəngilan rayonunun Cahangirbəyli kəndinə 20 ailə – 84 nəfər köçürüldü. Zəngilan rayonunun Cahangirbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Belə ki, Bakı şəhərindən 17 ailə -72 nəfər, Sumqayıt şəhərindən 1 ailə-2 nəfər, Sabirabad rayonundan – 2 ailə-10 nəfər Zəngilan rayonunun Cahangirbəyli kəndinə yola salınmışdır.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görө cənab Prezident İlham Əliyevə, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirərək, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət dilədilər.







