Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayonunun Ağalı kəndinə daha 25 ailə 123 nəfər sakini doğma yurda qayıtdı.

13 sentyabr 2023 | 13:22

“Ağıllı kənd” layihəsi çərçivəsində bərpa olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin repatriasiyası davam edir. Zəngilan rayon İcra hakimiyyətinin inzibati binası qarşısından  13 sentyabr 2023-cü il tarixdə Zəngilan rayonunun Ağalı kəndinə daha 25 ailə 123 nəfər  köçürüldü.

“ Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonu Ağalı kəndinə ümumilikdə 133 ailə  649  nəfər artıq köçürülmüşdür. Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün  kənddə bütün infrastruktur şərait- dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair mövcuddur. Köçürülən sakinlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayanlardır.

Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, köç prosesi  növbəti aylarda da davam etdiriləcəkdir.

 

Keçidlər