Zəngilan rayonunun Ağalı kəndinə daha 22 ailə 106 nəfər sakini doğma yurda qayıtdı.
“Ağıllı kənd” layihəsi çərçivəsində bərpa olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin repatriasiyası davam edir. Zəngilan rayon İcra hakimiyyətinin inzibati binası qarşısından 12 avqust 2023-cü il tarixdə Zəngilan rayonunun Ağalı kəndinə daha 22 ailə 106 nəfər köçürüldü.
“ Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonu Ağalı kəndinə ümumilikdə 108 ailə 526 nəfər artıq köçürülmüşdür. Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün kənddə bütün infrastruktur şərait- dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair mövcuddur. Köçürülən sakinlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayanlardır.
Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, köç prosesi növbəti aylarda da davam etdiriləcəkdir.