Zəngilan rayonunun Ağalı kəndinə “Böyük Qayıdış”ın növbəti mərhələsi həyata keçirildi.
03 mart 2023 | 09:30
03 mart 2023-cü il tarixdə Zəngilan rayonunun Ağalı kəndinə daha 10 ailə, 44 nəfər köçürüldü.
Bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonu Ağalı kəndinə 86 ailə, 420 nəfər artıq köçürülüb. Köçürülmüş əhali üçün kənddə bütün infrastruktur şəraiti - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair mövcuddur. Köçürülən sakinlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayanlardır.
Qeyd edək ki, köç prosesi növbəti aylarda da davam etdiriləcək.