Zəngilan rayonunun Ağalı kəndində “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib.
“Heydər Əliyev İli” ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin və YAP Zəngilan rayon təşkilatının birgə təşkilatçılığı ilə sentyabrın 12-də Zəngilan rayonun Ağalı kəndində “Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov, Zəngilan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İman Məmmədov ,“Ekoloji Təmiz Məhsul İstehsalçıları və ixracatçıları” İctimai Birliyinin sədri və “Böyük Qayıdış” MMC-nin təsisçisi və direktoru Emin Əliyev və Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan təhsilinə, elm və təhsil adamlarına xüsusi diqqət və qayğısından, dünyəvi təhsilə inteqrasiyaya hesablanmış köklü islahatlardan danışıblar.
Daha sonra 2022-2023-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələr onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Sonda qəbul imtahanında yüksək bal toplayan gənclərə hədiyyələr təqdim olunub.