Zəngilan rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb
18 sentyabr 2026 | 17:37
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Zəngilan 1 saylı mediasiya təşkilatının fəaliyyətə başlaması münasibətilə təşkilatın direktoru və əməkdaşlarını təbrik etdi.
Təqdimat zamanı təşkilatın direktoru Elçin Quliyev bildirdi ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu müəyyən edilən təşkilat Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Şuranın üzvlüyünə qəbul edilərək mediasiya təşkilatlarının reyestrinə daxil edilib. 5 sentyabr 2026-cı ildən etibarən Zəngilan və Qubadlı rayonlarının sakinləri Zəngilan 1 saylı mediasiya təşkilatına müraciət edərək mediasiya xidmətlərindən yararlana bilərlər.







