Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon sakinlərilə növbəti səyyar görüş təşkil olundu.

05 may 2026 | 16:19

Ölkə başçısının tapşırığına əsasən Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi təşkil olunan səyyar görüşlər vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edir və davamlı xarakter daşıyır.

Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov sakinlərlə növbəti səyyar qəbulunu Xətai rayonu, Seyid Əzim Şirvani küçəsində yerləşən Zəngilan rayonu  22  nömrəli tam orta məktəbin akt zalında İcra Hakimiyyətinin məsul əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə  keçirdi.

Vətəndaşların müraciətlərini fərdi qaydada dinləyən rayon rəhbəri Ramiz Həsənov bildirdi ki, təşkil olunan görüşlərin əsas məqsədi rayon sakinlərinin gündəlik qayğı və problemlərini yerində dinləmək, onların müraciətlərinə çevik və məqsədyönlü yanaşmanı təmin etməkdən ibarətdir. Vətəndaş məmnunluğunun təmin olunması rayon rəhbərliyinin fəaliyyətinin əsas prioritetlərindən biridir.

Qəbul zamanı bəzi müraciətlər üzrə dərhal tədbirlər görülməsi üçün tapşırıqlar verildi, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək icra vəziyyətinin mütəmadi izlənəcəyi vurğulandı.

Keçidlər