Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon məktəblərində Bilik günü qeyd olundu

15 sentyabr 2025 | 10:27

Respublikamızın bütün təhsil ocaqlarında 15 sentyabr Bilik Günü kimi qeyd edilir.

Məktəbliləri təbrik etmək üçün Zəngilan rayonu 4 nömrəli tam orta məktəbdə keçirilən bayram tədbirində Rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənov, başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov iştirak etdi.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Məktəbin direktoru Seymur  Məmmədyarov müəllimləri, şagirdləri və qonaqları salamlayaraq nitqində son illər respublikamızda, o cümlədən, rayon məktəblərində əlverişli təlim mühitinin yaradılmasından, təhsilin inkişafı istiqamətində Prezident İlham Əliyevin gördüyü ardıcıl tədbirlərdən bəhs etdi. Ötən tədris ilinin yekunları, yeni dərs ilində pedaqoji kollektivin qarşısında duran mühüm vəzifələr barədə danışdı.

Rayon rəhbəri çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edərək, onlara yeni dərs ilində uğurlar arzuladı. Ötən tədris ilinin də rayonumuz üçün uğurlu olduğunu, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən  14 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyini, bütün bu uğurların, nəaliyyətlərin əsasında təhsilin, elmin inkişafına göstərilən dövlət qayğısının dayandığını  vurğuladı. Bütün  məktəblərin  pedoqoji kollektivini və şagirdləri yaradılan imkan və şəraitə layiq çalışmağa, yalnız müsbət nəticələr əldə etməyə çağırdı.

Respublikamızın bütün təhsil müəssisələrində olduğu kimi, burada da ilk dərs “Konstitusiya və Suverenlik  İli”  mövzusuna həsr edildi.

 

Keçidlər