Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı geniş yubiley tədbiri keçirildi.
Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insan, Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar 10 may 2023-cü ildə Zəngilan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə Zəngilan rayon İcra Hakimiyyətinin aparatı, YAP Zəngilan rayon təşkilatı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və müavinləri, idarə-müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və rayon ağsaqqalları iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Zəngilan RİH-nin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramla yad etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə açıq elan olundu.
Daha sonra Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdi.
Sonda ümummilli liderin həyatından bəhs edən “Əsrin adamı” filmi nümayiş olundu.