Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə əlaqədar ümumrayon tədbiri keçirildi.
13 iyun 2025-ci ildə Zəngilan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının gələcək həyatını müəyyən edən, mühüm başlanğıcların təməlinin qoyulduğu, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul işçiləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri, idarə-müəssisə rəhbərləri, məktəb direktorları, partiya fəalları, rayon ziyalıları, şəhid ailələri, qazilər, QHT-lərin yerli nümayəndələri, rayon ağsaqqalları iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Zəngilan RİH-nin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.
Tədbir Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbir konsert proqramı ilə davam etdi. Sonda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olundu.