Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun-Silahlı Qüvvələrin yaradılmasının 105 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda tədbir keçirildi
24 iyun 2023-cü il tarixdə Zəngilan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Zəngilan rayon İcra Hakimiyyətinin aparatı, YAP Zəngilan rayon təşkilatı, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə-müəssisə rəhbərləri, qazilər və hərbi xidmətə çağırış yaşlı gənclər iştirak etdilər.
Tədbir Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu istiqamətindəki uğurlu siyasətindən, ölkə başçısı cənab İlham Əliyevin Silahlı Qüvvələrimizin daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlərdən, II Qarabağ müharibəsindəki ordumuzun qəhrəmanlığından danışdı.
Daha sonra rayonun qaziləri, veteranları çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğunda və bu istiqamətdə son illərdə əldə olunmuş uğurlardan danışdılar.
Görüşdə iştirak edən hərbi xidmətə çağırılmış gənclər ölkəmizin ərazi bütövlüyü qorumağa hər zaman hazır olduqlarını bildirdilər.
Sonda Vətən muharibəsində göstərdikləri şücaətə görə Qasımzadə Namiq Ağa oğlu və Zeynalov Əmir Fəzail oğlu Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tərəfindən fəxri fərmanla təltif olundular.