Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirildi.

13 iyun 2023 | 14:00

Azərbaycan xalqının gələcək həyatını müəyyən edən, mühüm başlanğıcların təməlinin qoyulduğu, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar 13 iyun 2023-cü ildə Zəngilan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirildi. Tədbirdə  Zəngilan rayon İcra Hakimiyyətinin aparatı, YAP Zəngilan rayon təşkilatı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və müavinləri, baş mühasiblər, idarə-müəssisə rəhbərləri, qazilər, rayon ağsaqqalları və ziyalıları iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçıları Zəngilan RİH-nin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.

Tədbir Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Daha sonra Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov giriş nitqi söylədi.

Sonda Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında "Nurlu ömrün anları" tamaşa nümayiş etdirildi.

Keçidlər