Növbəti səyyar görüş keçirildi
Ökə rəhbərinin tapşırığına əsasən əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə respublikanın bütün şəhər və rayonlarında sakinlər ilə səyar-qəbullar keçirilir. Mütəmadi səyyar görüşlər zamanı əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi əhali tərəfindən yüksək qiymətləndirilir.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu iyun ayının 3-də Sabunçu rayonu, I Zabrat qəsəbəsi, Maşınqayırma zavodunun 2 saylı yataqxanasında məskunlaşmış zəngilanlı sakinlər ilə keçirildi. 81 №-li tam orta məktəbin akt zalında keçirilən səyyar görüşdə RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri də iştirak etdilər.
Sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilərək qaldırılan məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirildi. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürüldü.