Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Sabunçu rayonunda yaşayan sakinlərlə səyyar qəbul keçirib
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun sakinlərlə növbəti səyyar görüşü 13 oktyabr 2026-cı il tarixində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən 342 nömrəli tam orta məktəbin akt zalında təşkil olundu. Tədbirdə İcra Hakimiyyətinin məsul əməkdaşları və inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etdilər.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı möhtərəm Prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlər və işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq tədbirləri barədə vətəndaşlara ətraflı məlumat verdi.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müraciətlərin bir hissəsi yerindəcə həllini tapdı. Araşdırılması tələb olunan digər məsələlərlə bağlı isə qanunvericiliyin tələblərinə uyğun operativ tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verildi.







