Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirildi
12 noyabr 2026-cı il tarixində vətəndaşların müraciətlərinin yerində öyrənilməsi və operativ həlli, eləcə də sakinlərlə mütəmadi ünsiyyətin təmin edilməsi məqsədilə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun rayon sakinlərilə növbəti səyyar qəbulu təşkil olundu.
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 115 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə RİH başçısının müavinləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdilər.
Qəbul zamanı rayon rəhbəri sakinlərin gündəlik qayğıları və məskunlaşma məsələləri ilə bağlı səsləndirdikləri müraciətləri dinlədi. Qaldırılan bütün məsələlər qeydiyyata alınaraq, onların həlli istiqamətində aidiyyəti qurumlara və məsul şəxslərə müvafiq tapşırıqlar verildi.
Görüşün sonunda rayon sakinləri onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.







