Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu baş tutdu.

22 oktyabr 2026 | 16:05

Əhalinin müraciətlərinin yerində dinlənilməsi və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə 22 oktyabr 2026-cı il tarixində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbin akt zalında Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun səyyar qəbulu keçirildi. İcra başçısının müavinləri və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların problemləri fərdi qaydada öyrənildi. Yerində həlli mümkün olan müraciətlər dərhal təmin edildi, araşdırılması vacib olan məsələlər isə qanunvericiliyə uyğun icra edilməsi üçün məsul şəxslərə yönləndirildi. Qəbulda iştirak edən sakinlər işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə, eləcə də vətəndaşların müraciətlərinə çevik reaksiyaya görə ölkə və rayon rəhbərliyinə təşəkkür etdilər.

Keçidlər