Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov sakinlərlə görüşüb, müraciətləri dinlədi

19 may 2026 | 17:33

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən sakinlərlə birbaşa təmasın gücləndirilməsi, onların müraciətlərinə həssas yanaşmanın təmin olunması və mövcud problemlərin yerində öyrənilməsi məqsədilə rayon rəhbərinin səyyar qəbullarının mütəmadi olaraq təşkili vətəndaş məmnunluğunun artırılması və sosial məsələlərin daha çevik həllinə xidmət edir.

Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 10 nömrəli tam orta məktəbin binasında icra başçısının müavinləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri və rayon sakinlərinin iştirakı ilə keçirildi.

Rayon İcra Hakimiyyətinin başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda həyat keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş Zəngilan rayonunda aparılan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi. 

Səyyar qəbul zamanı vətəndaşlar fərdi qaydada dinlənildi, müraciətlər yerində araşdırılaraq müsbət həllini tapdı. Əlavə araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürüldü və aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi. 

Keçidlər