Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Məmmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nərminə Bağırovanı yubileyi münasibətilə təbrik etdi

29 oktyabr 2026 | 14:53

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Məmmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nərminə Bağırovanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH aparatının məsul əməkdaşları iştirak etdilər.

Rayon rəhbəri Ramiz Həsənov yubilyarı səmimi qəlbdən təbrik edərək ona möhkəm can sağlığı arzuladı. Uzunmüddətli səmərəli dövlət qulluğu fəaliyyətinə və 70 illik yubileyinə görə Nərminə Bağırovaya Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və xatirə hədiyyəsi təqdim olundu.

Daha sonra çıxış edənlər yubilyarın insani keyfiyyətləri, peşəkarlığı və əmək fəaliyyəti barədə xatirələrini bölüşərək təbriklərə qoşuldular.

Nərminə Bağırova göstərilən diqqət və qayğıya, eləcə də uzun illər ərzində ona göstərilən yüksək etimada görə ölkə rəhbərliyinə və Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığını bildirdi.

Keçidlər