Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Binəqədi rayonunda sakinlərlə səyyar qəbul keçirdi.
11 sentyabr 2026-cı il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun vətəndaşlarla növbəti səyyar görüşü baş tutdu. Vətəndaşlarla birbaşa dialoqun saxlanılması, qaldırılan məsələlərin yerindəcə araşdırılması və operativ həlli məqsədilə təşkil edilən qəbul Binəqədi rayonu, Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, eləcə də rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı möhtərəm cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar və işğaldan azad olunmuş Zəngilanda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə sakinlərə ətraflı məlumat verdi. İcra başçısı diqqətə çatdırdi ki, doğma rayona köç prosesi mərhələli şəkildə uğurla davam etdirilir və hərtərəfli şəraitə malik müasir mənzillər sakinlərin istifadəsinə verilir.
Daha sonra icra başçısı sakinlərin müraciət və təkliflərini fərdi qaydada dinlədi. Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapdı. Əlavə araşdırma tələb edən digər müraciətlərin isə qanunvericiliyin tələblərinə uyğun olaraq qısa zamanda və effektiv şəkildə həlli üçün aidiyyəti struktur rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Sonda çıxış edən sakinlər Zəngilanda sürətlə davam edən yenidənqurma işlərini yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşıldığına görə isə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.







