Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətində “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Ənvər Məmmədovun və əməkdar müəllim Bayram Məmmədovun 70 illik, Zəngilan rayon Dövlət Aqrar İnkişaf mərkəzinin direktoru Möhübbət Səmədovun 65 illik yubileyləri qeyd olundu.

10 mart 2026 | 14:01

Martın 10 -da Zəngilan Rayon İcra  Hakimiyyətində “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin Zəngilan rayon şöbəsinin sədri Ənvər Məmmədovun və əməkdar müəllim Bayram Məmmədovun 70 illik,  Zəngilan rayon Dövlət Aqrar İnkişaf mərkəzinin direktoru Möhübbət Səmədovun 65 illik yubileyləri qeyd olundu.

Rayon İcra  Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP  Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, RİH başçısının müavinləri və Rayon Ağsaqqallar Şurasının sədri çıxış edərək yubilyarları təbrik etdilər, onlara möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Tədbirdə çıxış edən yubilyarlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və yubileyləri münasibətilə Ənvər Məmmədov, Bayram Məmmədov və Möhübbət Səmədova Zəngilan Rayon İcra  Hakimiyyətinin və YAP Zəngilan rayon təşkilatının, və Rayon Ağsaqqallar Şurasının Fəxri Fərmanları və xatirə hədiyyələri təqdim edildi.

Keçidlər