Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzularında tədbir keçirildi.

14 aprel 2023 | 15:39

Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə 14 aprel 2023-cü ildə Zəngilan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə  Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, RİH başçısı aparatının məsul işçiləri, İƏD üzrə nümayəndələr, idarə müəssisə rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun tanınmış ziyalıları iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçıları Zəngilan RİH-nin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramla yad etdilər.

Tədbir Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun giriş nitqi söyləməsi ilə tədbir açıq elan olundu.

Daha sonra Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov Ulu Öndərin fəaliyyəti ilə əlaqədar geniş məruzə etdi.

Tədbir YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə və YAP üzvü Oktay Ələkbərovun Heydər Əliyevin partiya fəaliyyəti ilə bağlı çıxışları ilə davam etdi.

Sonda Milli Məclisin deputatı İmamverdi İsmayılov mövzu ilə əlaqədar çıxış etdi.

Keçidlər