Zəngilan Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycançılıq Məfkurəsi” mövzusunda tədbir keçirildi.
Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə martın 2-də Zəngilan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə YAP Zəngilan rayon təşkilatı birgə tədbir keçirdi. Tədbirdə Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Milli Məclis Aparatının daimi komissiyalar şöbəsinin müdiri Adilə Abasova, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Qrossmeystr Zeynəb Məmmədyarova, RİH başçısı aparatının məsul işçiləri, İƏD üzrə nümayəndələr, idarə müəssisə rəhbərləri, rayonun tanınmış ziyalıları iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Zəngilan RİH-nin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramla yad etdilər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirdi ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. O, Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli lider Heydər Əliyevin siyasətinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan hərtərəfli inkişaf edir.
Milli Məclisin deputatı İmamverdi İsmayılov və Adilə Abasova çıxış edərək ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışaraq Heydər Əliyev və azərbaycançılıq məfkurəsinin müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil etdiyini bildirdi.
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan xalqı tərəfindən hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevin qürur hissi ilə xatırlandığını vurğuladılar.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup ictimai fəallara fəxri fərmanlar təqdim edildi.