Zəngilan Rayon İcra Hakimiyyətində 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu.
07 mart 2024-cü il tarixdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Zəngilan Rayon İcra Hakimiyyətində tədbir keçirildi.
İlk olaraq RİH-nin başçısı Ramiz Həsənov bütün rayon qadınlarını təbrik edərək, onlara ən xoş arzularını çatdırdı. Azərbaycanda qadınlara göstərilən ənənəvi ehtiramdan, dövlət qayğısından danışan rayon rəhbəri bildirdi ki, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlarımız öz bilikləri, bacarıqları, işgüzarlıqları ilə hər zaman seçilirlər.
Çıxışlardan sonra rayonun ictimai siyasi həyatında fəal iştirak edən bir qrup qadınlar Zəngilan Rayon İcra Hakimiyyəti və YAP Zəngilan rayon təşkilatı tərəfindən mükafatlandırıldılar.
Tədbir iştirakçıları qadınlara göstərilən yüksək diqqət və qayğıya görə rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirdi.