Zəngilan Rayon İcra Hakimiyyətində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun ictimai fəal qadınlarının toplantısı keçirildi.
07 mart 2025 | 14:34
07 mart 2025-ci il tarixdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Zəngilan Rayon İcra Hakimiyyətində tədbir keçirildi.
İlk olaraq Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bütün rayon qadınlarını təbrik edərək, onlara ən xoş arzularını çatdırdı. Azərbaycanda qadınlara göstərilən ənənəvi ehtiramdan, dövlət qayğısından danışan rayon rəhbəri bildirdi ki, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlarımız öz bilikləri, bacarıqları, işgüzarlıqları ilə hər zaman seçilirlər.
Tədbir iştirakçıları qadınlara göstərilən yüksək diqqət və qayğıya görə rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirdi.