Zəngilan Rayon İcra Hakimiyyətində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi.
14 mart 2025-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Aparatın və şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin məsul əməkdaşları, idarə-müəssisə rəhbərləri, rayon ziyalıları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə təhsil sektorunun ümumtəhsil məktəblərinin direktorları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Müstəqil Azərbaycan Konstitusiyasının yaranmasından bəhs edərək ətraflı məlumat verdi. “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” ” mövzusunda Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ağamirzə Məmmədov məruzə ilə ətraflı çıxış etdi. Məruzə ətrafında çıxış edənlər ölkə başçısı cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyətindən, Azərbaycanın inkişafının yeni mərhələsindən, ərazi bötövlüyünün, suverenliyinin tam bərpa olunmasından, qüdrətli bir ölkəyə çevrilməsindən ətraflı danışdılar.