Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Xətai rayonu, Əhmədli qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə səyyar qəbulu keçirildi

06 yanvar 2026 | 17:38

Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun səyyar qəbulu 06 yanvar 2026-cı il tarixdə icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Zəngilan rayon 28 nömrəli tam orta məktəbin inzibati binasında keçirildi.

Rayon İcra Hakimiyyəti başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş torpaqlarımızda olan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Rayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına və rayon rəhbərinə öz təşəkkürlərini bildirdilər.

Daha sonra sakinlərin müraciətləri dinlənildi. Müraciətlər ilə bağlı sakinlərə müvafiq izah verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti tapşırıqlar verildi. 

 

Keçidlər